Dəhşətli qətl - Ər arvadını tövlədə çəkiclə öldürdü
12:47 07.04.2021
Arxiv
462
Füzuli rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Piriyev arvadı Sülhiyyəni öldürməyə cəhd edib.
"Sherg.az" teleqraf.com-a istinadən bildirir ki, İlqar 4 iyun 2019-cu il tarixdə saat 8 radələrində 2008-ci ildən rəsmi nikahda olduğu arvadı Sülhiyyə ilə birlikdə yaşadıqları Füzuli rayonu, Böyük Bəhmənli kəndindəki evin həyətyanı sahəsində olan tövlədə iş görüb.
Sülhiyyə ona Bakı şəhərindəki "Sədərək" Ticarət Mərkəzinə getmək istədiyini bildirib. İlqar onun bu istəyinə etiraz edib.
Buna baxmayaraq, Sülhiyyə ərinin qadağasına məhəl qoymayıb və mütləq "Sədərək"ə gedəcəyini təkidlə bildirib. İlqar arvadının bu hərəkətlərindən qəzəblənib. Əlində olan çəkiclə arvadının baş nahiyəsinə çoxsaylı zərbələr vurub. Daha sonra Sülhiyyənin ölmədiyini görüb və hər iki əli ilə onun boğazından tutaraq boğub.
Huşsuz vəziyyətdə olan Sülhiyyənin öldüyünü güman edən İlqar sürüyərək onu tövlədən çıxarıb və həyətə atıb.
Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən Sülhiyyə vaxtında xəstəxanaya çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.
İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Hökmdən narazı qalan İlqarın müdafiəçisi Mirzəmməd Rəhimov apelyasiya şikayəti verib. Müdafiəçi şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını, İlqarın barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bu şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Apelyasiya şikayəti təmin olunmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm