Dələduz Android tətbiqləri aşkarlandı
03:11 25.04.2021
Arxiv
474
Dələduzlar milyona yaxın Android cihaza xüsusi proqram təminatı quraşdırıblar və həmin proqram təminatı reklam baxışlarını imitasiya edərək bunun üzərindən pul qazanmağa şərait yaradıb.
Bu barədə məlumatı kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Human adlı şirkətin mütəxəssisləri veriblər. Mütəxəssislər aşkar ediblər ki, Google Play-də olmuş 29 tətbiq Android cihazları bir növ Smart TV televizorlarına çevirib və gündəlik 650 milyon reklam sorğusu imitasiya edib. Daha sonra dələduzlar reklam verənləri həmin reklam baxışlarının doğruluğuna inandıraraq onlardan ödənişlər alıblar.
Əslində isə həmin reklam baxışları mövcud olmayıb. Həmçinin məlum olub ki, Roku adlı şirkətin məhsulları üçün nəzərdə tutulmuş tətbiqlər mağazasında olmuş 36 tətbiq də sözügedən dələduzluq sxeminin bir hissəsi olubmuş. Dələduzlar reklam baxışlarının imitasiyası üçün Flash Light, Mobile Screen Recorder, Sling Puck 3D Challenge və digər tətbiqlərdən istifadə ediblər. Onların bu üsul ilə nə qədər vəsait qazandıqları barəsində məlumat verilməyib. Aşkar edilmiş bütün tətbiqlər online platformadan silinib və əldə olunmuş məlumatlar hüquq-mühafizə orqanlarına təhvil verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO
21:34 25.07.2026
İdman
Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib
20:58 25.07.2026
Dünya
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya