Deputat açıq danışdı: "Çoxmillətlilikdən isifadə edib, şəbəkə yaradırlar"



Amerikada prezident seçkilərinin keçirilməsində də Rusiya kəşfiyyatının izi olduğu deyilir. Bu, o deməkdir ki, Amerika dövləti təqsirkardır?”

Bunu Sherg.az-a ordumuzda ifşa olunan casus şəbəkəsi və cinayətkar qrupun aşkarlanması ilə bağlı Müdafiə Nazirliyinin tənqid atəşinə tuş gəlməsindən danışarkən millət vəkili Tahir Kərimli deyib:

Onun sözlərinə görə, bu cür hallardan heç bir dövlət sığortalanmayıb: 

"Amma məsələ ondan ibarətdir ki, bu cür qorxulu şəbəkəni ortaya çıxarılmasında Müdafiə Nazirliyi, hərbi ekspertlər və ictimaiyyətin rolu var. Həqiqətən, müdafiə naziri Zakir Həsənov çox aktivdir. Xalqın rəğbətini qazanıb, mütəmadi olaraq döyüş bölgələrinə səfərlər edir. Hər cəhətdən ordunun möhkəmlənməsində, ruh yüksəkliyinin yaranmasında əlindən gələni edir. Açıq deyim, baxın, Ermənistanın ordusunda Azərbaycana işləyənlər yoxdur? Bu, təbii haldır. Bütün dövlətlər, xüsusilə düşmənlər bir-birinin tərkibində agentliklər yerləşdirir. Ermənistanın böyük himayədarı olmasaydı, heç vaxt bunu müstəqil şəkildə bacara bilməzdi. Böyük himayədarlar Azərbaycanda olan çoxmillətlilikdən, müharibənin uzanmasından istifadə edərək, belə yollara əl atırlar, şəbəkə yaradırlar. Düşünürəm ki, bu, təbii haldır, hətta müsbət qiymətləndirilməlidir.

Əsas vəziyyətlərdən biri ondan ibarətdir ki, Azərbaycanın aidiyyatı orqanları bunu üzə çıxarıb. Ordumuzu gözdən salmaq olmaz. Dövlətlə hökuməti qarışdırmaq lazım deyil. Azərbaycan dövləti müharibə vəziyyətindədir. Belə halda ölkədə abu-havanı aşağı salmaq, mənəvi anlamda aşağılayıcı faktor kimi istifadə etmək, qətiyyən yolverilməzdir. Zənnimcə, Baş Prokurorluğun açıqlaması doğrudur. Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi bu işdə əlbir olub, böyük, ciddi şəbəkəni ifşa ediblər. Bu proseslər sonra da davam edəcək. Belə məsələləri xüsusilə daxildə düşmən mövqeyinə uyğun çevirmək lazım deyil. Amma çəkinmək də olmaz. Azərbaycan ordusu möhkəmlənməkdə və təhlükəsizliyin təmin olunmasında xidmətlərinə davam etsin”.

Qeyd edək ki, baş prokuror bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələrin, bəzi KİV-lərin həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdə olduğunu deyib.

Ayyət Əhməd