Deputat Azər Süleymanov: Azərbaycan bu sınaqdan da alnıaçıq çıxdı
17:59 13.07.2018
Arxiv
535
Azərbaycanın imicinə zərbə vurmağa, ölkə daxilində çaşqınlıq, xaos yaratmağa çalışan qüvvələr istəklərinə nail ola bilmədilər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov söyləyib.
Deputat deyib ki, pozucu qüvvələr öz məqsədlərinə çatmaq üçün hətta, dini etiqad məsələlərindən də istifadə etməyə çalışırlar. Tarixən Azərbaycan çoxmillətli, tolerant ölkədir. Azərbaycanda insanlar bərabər şəraitdə, bərabər hüquqda, azad şəkildə öz dini etiqadlarını həyata keçirirlər. Azərbaycan çox mühüm regional layihələr həyata keçirir və nailiyyətlər qazanır. Lakin bəzi pozucu qüvvələr zaman-zaman Azərbaycanda sabitliyi pozmağa, xaos, vətəndaş itaətsizliyi yaratmağa çalışıblar. Bunun üçün din məsələsindən belə istifadə etməkdən çəkinməyiblər. Gəncədə törədilən son hadisələr bunu bir daha sübut etdi. Amma onlar unudurlar ki, Azərbaycan xalqı zamanın daha ağır sınaqlarından alnıaçıq çıxıb.
Deputat qeyd edib ki, Azərbaycan bu gün regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat, logistik layihələrin əsas təşəbbüskarı və lokomotividir. Regionda ən sabit ölkə də Azərbaycandır. Lakin bəzi qüvvələr bunu həzm edə bilmir, ona görə də Azərbaycanı sarsıtmağa çalışırlar. Amma onlar heç nəyə nail ola bilməyəcəklər. Ona görə ki, bütün sağlam qüvvələr Azərbaycan dövləti və Prezidenti ətrafında sıx birləşiblər.
A.Süleymanov deyib: "Din mənəviyyatdır, mədəniyyətdir və elmdir. Ondan siyasi məqsədlər üçün istifadə etmək mənəviyyata və əxlaqa ziddir. Heç kimin ixtiyarı yoxdur ki, insanların milli hissləri ilə oynasın. Belə çirkin oyunları oynayanlar öz layiqli cəzalarını alacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat