Deputat: "Azərbaycanda rus və ingilis dilində TV yaradılsın"
12:01 16.03.2021
Arxiv
451
“500 dövlət müəssisəsi hökumətə tələb olunan hesabatı verməyib. Hərraclarla bağlı da irəliləyiş yoxdur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, ümumilikdə özəlləşdirilən əmlakın dəyəri 61,5 milyon manat olub: “Özəlləşdirmə sürətlə həyata keçirilməlidir. Bu qədər dövlət şirkətini saxlamağın heç bir əhəmiyyəti yoxdur. İqtisadiyyatımızı yenidən qurmaq üçün xaricdən mütəxəssislər dəvət etməyə ehtiyac var. Bunu hökumət üzvləri etməlidir. Burada utanılası, çəkinəsi heç nə yoxdur. Prezident İlham Əliyevin də tapşırıqları var. Torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün müraciətlər olunub. Bakı kəndlərin ətrafındakı torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır. Amma əhalinin sayı artır. Bu gün torpaqların təyinatının dəyişdirilməsində hökumət neqativ mövqe sərgiləyir. Hökumət bu siyasətinə yenidən baxmalıdır. Dünyanın hər yerində əhalinin sosial müdafiəsinə cavabdeh olan qurum çalışır ki, bu istiqamətə daha çox pul ayrılsın. Amma bizdə bu qurum fəxarətlə daha az pul xərclənməsindən bəhs edir. İnsanların normal ünvanlı sosial yardım ala bilməsi üçün qərarlar dəyişdirilməli, yaxud hökumət çox çevik olmalıdır”.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində ölkə prezidenti onlarla dünya televiziyasına müsahibələr verib, informasiya savaşı aparıb: “Bizə ən azı MDB məkanında yayımlanacaq rus dilində televiziya lazımdır. Biz bu regionda yaşayırıq. İkincisi, bütün dünyada ingilis dilində yayımlanacaq televiziyaya ehtiyac var. Digər bir problemə də toxunum. Bizdə nəqliyyat daşımaçılığı ilə həm dövlət, həm də özəl şirkətlər məşğul olur, amma sərnişindaşımada qiymətlər demək olar ki, eynidir. Dövlət əmlakının idarəyə verilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu qanun layihəsini səbirsizliklə gözləyirəm. Eyni zamanda Rəqabət Məcəlləsinin də ən qısa zamanda qəbuluna ehtyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə