Ən gərgin vəziyyətdə olan məhz evini girov qoymuş vətəndaşlardır. Çünki ortada əmlak məsələsi, əmlakın itirilməsi təhlükəsi var
Deputat banka yalvarır ki, vətəndaşın evini əlindən almayın
21:59 23.11.2017
Arxiv
865
Təəssüf ki, bank kreditləri ilə bağlı heç bir iş görülməyib, problem donmuş vəziyyətdə qalıb
Ən gərgin vəziyyətdə olan məhz evini girov qoymuş vətəndaşlardır. Çünki ortada əmlak məsələsi, əmlakın itirilməsi təhlükəsi var
Ən gərgin vəziyyətdə olan məhz evini girov qoymuş vətəndaşlardır. Çünki ortada əmlak məsələsi, əmlakın itirilməsi təhlükəsi var
Parlamentdə aparılan büdcə müzakirələri zamanı deputatlar bir sıra problemli məsələləri gündəmə gətirib. Millət vəkili Qənirə Paşayeva əhalinin böyük əksəriyyətini narahat edən banklara kredit borcu problemindən danışıb. Xanım deputat deyib ki, devalvasiya nəticəsində bir çox vətəndaşımız problemlə üzləşib:
"Devalvasiya vətəndaşlarımıza da ciddi ziyan vurdu. Dollarla kredit götürən bir çox sadə insanın krediti qaytarmasında ciddi problemlər yarandı. Vaxtında kreditlərini qaytara bilməyən vətəndaşların girov olaraq evlərini qoyduqları üçün banklar məhkəmə yolu ilə evlərin satılması məsələsini irəli sürür. Artıq neçənci dəfədir, banklara zəng edib seçicilərimizin üzləşdiyi çətinliklə bağlı, az qala yalvarırıq ki, nə olar, vətəndaşlara verilən vaxtı uzadın, yavaş-yavaş ödəsinlər. Çünki evləri satılarsa, bütün ailə çöldə qalacaq. Belə halların artması cəmiyyətdə sosial gərginliyi də artıra bilər. Qazaxıstan devalvasiyadan sonra belə bir addım atdı ki, dövlət banklara, banklar da vətəndaşlara borcun ödənilməsi üçün zaman versin.
Millət vəkili hətta hökumətdən xahiş də edib ki, bu məsələyə xüsusi həssaslıqla yanaşılsın. Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu məsələ ilə bağlı danışdım. Bilmək istərdim ki, bizdə də Qazaxıstanın təcrübəsindən istifadə edilə bilərmi? Hesab edirəm ki, hökumət vətəndaşlara dəstək istiqamətində müvafiq addımlar atmalıdır”.
Xanım millət vəkilinin narahatlığının əsaslı olduğunu deyən iqtisadçı Əkrəm Həsənov "Şərq”ə açıqlamasında Qazaxıstan təcrübəsinin tətbiqinin də mümkünlüyünü vurğuladı:
- Təəssüf ki, bank kreditləri ilə bağlı heç bir iş görülməyib, heç bir addım atılmayıb, vəziyyət də günü-gündən pisləşir. Ən gərgin vəziyyətdə olan məhz evini girov qoymuş vətəndaşlardır. Çünki ortada əmlak məsələsi, əmlakın itirilməsi təhlükəsi var. O kəslər ki, banka borcları var, amma satılası əmlakları yoxdur, onların işi nisbətən yüngüldür. Ortada əmlak yox, pul da yox, problem donmuş vəziyyətdə qalıb. Düzdür, deyirlər, məhkəməyə veriləcəklər və s. amma bununla vətəndaşı kredit borcunu ödəməyə məcbur etmək mümkün deyil. Əsas gərginlik evləri girovluqda olanlarla bağlıdır, bu da bəli, sosial gərginliyi artıra biləcək səbəbdir. Bəs nə etmək olar?
Baxın, xarici ölkələrin problemin həlli istiqamətində böyük təcrübəsi var. Qazaxıstan da onlardan biridir. Qazaxıstan bunu edibsə, Azərbaycan da, sözsüz edə bilər. İspaniya təcrübəsi də var. İspaniyada da bir neçə il əvvəl eyni vəziyyət yaranmışdı.
Nə qədər insan evsiz qalmaq təhlükəsi ilə üzləşmişdi. İspaniya hökuməti evləri bankda girov olan vətəndaşlar üçün şərtləri yüngülləşdirdi. Kredit borcunu ödəmək üçün qoyulmuş müddət uzadıldı.
Buna ona görə etdilər ki, insanlar evsiz-eşiksiz qalmasın. İndi bizdə də oxşar vəziyyətdir. Minlərlə insan evsiz qala bilər. Problemdən çıxış yolu kreditlərin ödənmə vaxtının uzadılması, vətəndaşlara kreditlərini ödəmək üçün uzunmüddətli möhlət verilməsi, həmçinin faiz dərəcələrinin azaldılmasıdır. Bəzən deyirlər ki, belə olarsa, o zaman da banklar ziyan çəkəcək.
Sizə bildirirəm ki, bankların bu gün üzləşdiyi problem qətiyyən vətəndaşların banka olan kredit borclarını qaytara bilməməsi ilə bağlı deyil. Bankların çətin duruma düşmələri məhz öz yaxınlarına, dostlarına, tanışlıqla kimlərəsə böyük məbləğdə kredit vermələri hesabınadır. Rəsmi sənədlər var ki, məsələn, "Standartbank” 70045 milyon kredit verib, bunun 58 faizi girovsuz kredit, 41 faizi isə faizsiz, həm də uzunmüddətli - 10-15 ilə verilmiş kreditlərdir. Bu kreditlər də öz yaxınlarına, qohum-əqrəbaya, tanışlara verilib. Amma banklar istəyir ki, öz kəsirlərini vətəndaşların hesabına ödəsinlər. Məsələ budur.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya