Deputat bu qərarı alqışlayır:"Əmək haqqının artırılması əhalinin rifah halını yaxşılaşdıracaq"
17:24 08.02.2019
Arxiv
654
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
"Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.
Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.
Sərəncamı müsbət qiymətləndirən millət vəkili Aydın Hüseynov "Sherg.az"a söyləyib ki, cənab Prezidentin bu sərəncamı ilə minumum əmək haqqı 130 manatdan 180 manata qaldırılıb:
"Bu qərar büdcə təşkilatlarında çalışan 600 min nəfərə şamil ediləcək. Bunun ən başlıca mahiyyəti ondan ibarətdir ki, artıq 180 manatdan aşağı əmək haqqı alan olmayacaq. Əmək haqqı 50 manat artıb. Məlum qərar sonradan özəl sektora da şamil olunacaq.
Bu, onu göstərir ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının problemlərini diqqətdə saxlayır. Sosial sferaya böyük diqqət göstərir. Ölkə başçısı dünən pensiyaların sığorta hissəsinin artırılmasına dair sərəncam verdi. Bu gün isə minumum əmək haqqı ilə bağlı sərəncam imzaladı. Bundan başqa cənab Prezident Şamaxıda zəlzələdən zərər çəkən sakinlərlə görüşdü. Bütün bunlar ölkə başçısının "Azərbaycan vətəndaşlarının hər birinin Prezidenti olacağam" vədinin əməli sübutudur. Prezidentlə Azərbaycan vətəndaşları arasında çox səmimi ünsiyyət var.
Ölkə başçısı daim sosial qayğıya ehtiyacı olan insanlara diqqət, qayğı göstərir. Bütün şəhid vərəsələrinə vəsait ayırdı. Qaçqın və məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, Qarabağ müharibəsi əlilləri mənzil və avtomobillərlə təmin edilirlər. Bu, cənab Prezidentin sosial sahəyə diqqətinin nəticəsidir.
Ölkə başçısının əmək haqlarının artırılması ilə bağlı verdiyi sərəncam Azərbaycan vətəndaşları üçün çox böyük maddi və mənəvi dəstəkdir. Bir sözlə, minumum əmək haqqının artırılması əhalinin rifah halını xeyli yaxşılaşdıracaq"
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm