Deputat: "Mehman acından ölür" deyib, haray-həşir salanlar..."
11:19 07.01.2019
Arxiv
633
"...Azərbaycanın günbəgün artan beynəlxalq imicinə zərbə vurmağa çalışırlar"
"Avropa dağlıb gedir. Avropa ölkələri öz problemləri ilə məşğul olmur, durub Azərbaycanın olmayan problemlərini müzakirə edirlər".
Bunu "Sherg.az"a Mehman Hüseynovla bağlı anti-milli şəbəkə və onun xaricdəki havadarlarının apardığı qarayaxma kampaniyasına münasibət bildirərkən millət vəkili Araz Əlizadə söyləyib.
O qeyd edib ki, anti-Azərbaycan şəbəkəsinin himayədarları "sarı jilet"lilərin hər gün genişlənən etiraz dalğasından danışsın:
"Azərbaycana qarşı belə qarayaxma kampaniyaları çox olub və hamısı da fiaskoya uğrayıb. Baxın, Sovet dövründə mən də 44 gün aclıq elan etmişəm, amma ölməmişəm. İnsan 11 gün ac qalsa, ölər. Aclıq elan edən adamı 8 gündən sonra yoxlayırlar. İddiasından dönmürsə, onu tək adamlıq kameraya köçürdürlər. Onu məcbiri yedizdirirlər. Süd, yumurta sarısı və başqa qidalar verirlər və insan ölmür. Bunlar boş və mənasız işlərdir. Azərbaycandan kənarda "Mehman acından ölür" deyib, haray-həşir salanlara səslənirəm ki, "mübarizə"nizi gəlin, Azərbaycanda aparın. Uzaqdan durub söyüş söyməyin. Azərbaycan müxalifətinin bir çox nümayəndəsi də belə edir.
Rəsmi qurumlar məlumat yayır ki, M.Hüseynov qida qəbul edir, səhhəti normaldır. Amma müxalifət hay-küy salır ki, Mehman ölür. Bu, qaragüruhdan başqa bir şey deyil.
Özünü Azərbaycan müxalifətinin lideri adlandıranlar belə hadisələrdən vasitə kimi istifadə edib, cəmiyyətdə divident qazanmağa çalışırlar. Amma onların Azərbaycan xalqı və dövləti haqqında danışmağa mənəvi haqları yoxdur. Bu adamlar Azərbaycanın günbəgün artan beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Amma istəklərinə nail ola bilməyəcəklər. Çünki indiki Azərbaycan dünyada qəbul edilən, nüfuzlu, qüdrətli, öz sözünü deyən bir dövlətdir".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm