Deputat:“Banklar əhalinin faciəsi üzərindən pul qazanır”

Deputat “Banklar haqqında” qanunun yenidən müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.
APA-nın məlumatına görə, deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, bankların hesabatlılığı, şəffaflığı yoxdur: “Banklar əhalinin faciəsi üzərindən pul qazanır. Bankların yol verdiyi qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində yeni maddə təsbitini tapsın. Azərbaycan xalqının üzərindən bu “Domokl qılıncı”nı götürmək üçün təsirli addımlar atılmalıdır”.