Deputatdan açıq mesaj: "Müharibə başlayarsa, Rusiya Ermənistana yardım edəcək”







"Müharibə başlayarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) deyil, konkret Rusiya Ermənistana yardım edəcək”.

Bunu "Sherg.az”a KTMT-nın qondarma Dağlıq Qarabağ rejiminə dəstək verməyəcəyi ilə bağlı bəyanata münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib. 

O xatırladıb ki, KTMT-nın tərkibində Azərbaycana dost olan dövlətlər də təmsil olunur:

"Qazaxıstan, Qırğızıstan, Belarus kimi dövlətlər Azərbaycana dost mövqeyi sərgiləyir. Ona görə, hər zaman olduğu kimi müharibə dövründə mütləq Rusiya Ermənistanın yanında olacaq. Bu təşkilat proseslərdə iştirak etməyək”.

Qeyd edək ki, KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorovun açıqlamasına görə, separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmadığından müharibə olacağı təqdirdə, təşkilat Xankəndinə hərbi dəstək verməyəcək.

Aysel Aslan