Deputatla qurum sözçüsü ÜZ-ÜZƏ... - Biri "hə", biri də "yox" deyir
10:14 24.05.2017
Arxiv
1541
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov tədris ilinin sentybrın 1-də başlayıb mayın 25-də bitməsinə dair səslənən fikirlərə münasibət bildirib.
Sherg.az xəbər verir ki, o, özünün "Facebook" səhifəsində qeyd edib ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib:
"Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik".
Millət vəkili Fazil Mustafa isə qurum sözçüsündən fərqli olaraq bunun əksini düşünür.
O, bildirir ki, Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçılmazdır:
" Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram. Bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər. Əvvəllər sovet dövründə qəbul imtahanları avqust ayında qurtarırdı, tədris proqramı tələsik də olsa sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır, kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti qaçırırıq, doğrusu anlamaq olmur. İyun ayının ortalarına qədər tədrisin uzaldılmasının da ciddi əsaslandırılmasını görmürəm. Üstəlik də ölkənin paytaxtı Bakı şəhərində iyun ayında hələ bir neçə il Formula 1 yarışları keçiriləcək, əslində məktəblərin fəaliyyət göstərməsi bu mötəbər yarış üçün də müəyyən çətinliklər yaradır. Hamı məcburdur bu ərəfədə uşağını məktəbə aparsın, tıxac və başqa problemlər qarşıya çıxır. İyun ayında heç effektli dərs də keçirilmir, həm müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya