Deputatlar 13 məsələni bir paketdə qəbul etdi





Milli Məclisin bu gün keçirilən iclasında 13 məsələ bir paketdə müzakirə edilib.
"Sherg.az" bildirir ki, bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihələridir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu qanunlara dəyişiklik uyğunlaşdırma xarakterlidir. Dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Anar