Zahid Oruc: “Bir tərəfdən baxanda, bütün ölkə parlamentlərində deputatlar həmkarları ilə söhbət edir, müzakirə aparır”
Deputatlar etika dərsi keçiləcək yaşda deyillər
21:36 20.11.2017
Arxiv
421
“Amma hər şeyin bir həddi, ölçüsü olduğu kimi, bu söhbətlərin, müzakirələrin də bir həddi olmalıdır”
Zahid Oruc: “Bir tərəfdən baxanda, bütün ölkə parlamentlərində deputatlar həmkarları ilə söhbət edir, müzakirə aparır”
Zahid Oruc: “Bir tərəfdən baxanda, bütün ölkə parlamentlərində deputatlar həmkarları ilə söhbət edir, müzakirə aparır”
Parlamentin ötən iclasında spiker Oqtay Əsədov millət vəkillərinə əsəbiləşib və irad bildirib. "Bir az sakit olun, burda iclas gedir. Siz isə orada özünüz üçün ikinci iclas yaratmısınız. Hazırda iclas gedir, diqqətiniz burda olsun” deyən spiker deputatları intizamsızlıqda ittiham edib.
Deputatların intizam qaydalarını pozması birinci dəfə deyil. Buna bənzər hallar ara-sıra təkrarlanır. Şükür ki, əvvəlki illəri çıxmaq şərtilə, məsələn, Ukrayna Ali Radasında olduğu kimi bizim deputatlar arasında qanlı çəkişmələr, yumruq davaları olmur. Bizim deputatlar dava-dalaş məsələsində, necə deyərlər, "yüngül” gedir. Uzaqbaşı biri digərini doğru danışmamaqda, haqsız irad bildirməkdə ittiham edər, ya da ümumiyyətlə, sevmədiyi həmkarı ilə dostluq-filan etməz, əlaqə saxlamaz. Bizim deputatlara xas cəhətlərdən biri iclaslarda iştirakdan tez-tez yayınmaq, iclaslara gecikmək, yaxud, tez "aradan çıxmaq”, bir də, başqasının əvəzinə səsverməkdir. Təbii, həmkar xahiş edibsə.
Söhbətləşməyə gələndə isə, bu bizim qanımızda-canımızdadı. İki nəfər yanaşı oturubsa, qeybət labüddür. Sözün gəlişi dedik. Deputatlarımıza aid deyil.
Spiker iradında nə dərəcədə haqlıdır?
Millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında spikerin iradının əsassız olmadığını bildirdi:
- Hesab edirəm ki, Milli Məclisdə deputatların əsas diqqəti, hədəfi keçirilən müzakirəyə, intensiv debatlara, diskussiyalara yönəlməlidir. Zənnimcə, spiker iradını yetərsayla bağlı edib. Əvvəllər, buna bənzər vəziyyətlər olmuşdu. Bəzi həmkarlarımız tərəfindən iclası yarımçıq tərketmələr, ikinci iş yerinə tələsmələr olub. Bununla bağlı iradları əsaslı hesab edirəm. Hər bir deputat vaxtında işdə olmalı, üzərinə düşən vəzifəni icra etməlidir. Deputatların söhbətləşməsinə gəlincə, Milli Məclisin daxili nizamnaməsində nəzərdə tutulub ki, deputatlar iclasların gedişinə maneçilik törətməməli, həmkarının sözünü kəsməməlidir. Bunlar həm də mənəvi məsələlərdir və hər kəs də özü davranışlarını müəyyənləşdirməlidir. Deputatlar, etika dərsi keçiləcək yaşda deyillər. Bir tərəfdən baxanda, bütün ölkələr parlamentlərində deputatlar həmkarları ilə söhbət edir, müzakirə aparır, fikir mübadiləsi edirlər. Amma hər şeyin bir həddi, ölçüsü olduğu kimi, bu söhbətlərin, müzakirələrin də bir həddi olmalıdır. Qanunların müzakirəsi zamanı parlament salonu lokal məclislər təşkil etmək üçün, əlbəttə, uyğun yer deyil.
Səsvermə ilə bağlı isə Z.Oruc fərqli fikirdə olduğunu bildirdi:
- Əgər biz normativləri dəyişməmişiksə və qaydalar olduğu kimi qalırsa, əlbəttə, hər bir deputatın səsvermədə iştirakı vacibdir. Hamı səsvermədə şəxsən iştirak etməlidir. Konstitusiyanın qəbulu və ya hə hansı dəyişiklik aparılırsa, 3-də 2 səs çoxluğu ilə, yerdə qalan qanunlarsa sadə səs çoxluğu ilə qəbul edilir. Bu qaydalar hələ dəyişməyib. Məsələn, Fransa parlamentində fərqlidir. Hətta "erməni soyqırımı” ilə bağlı sənədin qəbulunda deputatlar heç 5-də 1-i iştirak etmirdi. Buna baxmayaraq sənəd qəbul edildi. Dünya ölkələrinin parlamentlərində səsvermə qaydaları fərqlidir. Bizdə hələ ki, mövcud normativlər dəyişməyib. Ona görə də deputatların hamısının iştirakı tələb olunur. Həm də seçici bilməlidir ki, seçdiyi şəxs parlamentdə necə fəaliyyət göstərir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə