Deputatlar vətənpərvərlik haqqında reklamların olmamasından şikayətləndi
09:41 17.11.2017
Arxiv
868
Milli Məclisin bugünkü iclasında "Reklam haqqında" qanun müzakirə edilib.
Sherg.az-ın xəbərinə görə, deputatlar vətənpərvərlik ruhunda olan reklamlara daha geniş yer verilməsini təklif edirlər.
Xanım deputat Elmira Axundova deyib ki, bu gün reklamlarda ancaq müğənnilərin və digər reklamların şahidi oluruq: "Amma vətənpərvərliklə bağlı reklamlara rast gəlmirik. Hesab edirəm ki, reklamlarda və reklam çarxlarında vətənpərvərliklə bağlı mövzulara yer verilməlidir.
Həmçinin bu reklamlar pulsuz olmalıdır”. Millət vəkili Zahid Oruc və Fuad Muradov da həmkarının təklifini dəstəkləyib. Deputat Azay Quliyev isə bildirib ki, ildə xeyli sayda vətənpərvərlik ruhunda reklam çarxları hazırlansa da, onlar keyfiyyətsiz olduğundan efirə çıxmır: "QHT-lərə Dövlət Dəstəyi Şurası ildə xeyli sayda QHT-lərə vətənpərvərlik ruhunda reklam çarxlarının hazırlanmasını maliyyələşdirir. Lakin reklam çarxları telekanallar tərəfindən keyfiyyətsiz hazırlandığından sonda onların yayımlanması mümkün olmur. Bunu nəzərə almaq lazımdır. Əgər telekanallar keyfiyyətli reklam çarxları hazırlasalar, bu problem aradan qalxar”.
Spiker Oqtay Əsədov isə A.Quliyevə irad bildirib: "İş görəndə bir nəzarət edin, görün nə hazırlayırlar. Nəzarət edin ki, sonda belə problem yaranmasın”. Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə