"Qəlyanı Azərbaycanda qadağan etməsək, gənclərmizin gələləcəyini məhv edə bilərik”
Bu barədə "Shərg.az”a son illər qəlyana meyl edən gənclərin sayının sürətlə artmasından danışarkən millət vəkili Araz Əlizadə bildirib.
O qeyd edib ki, bir çox iclaslarda qəlyanın Azərbaycanda qadağan olunmasına dair fikir bildirib:
"Bu, insan həyatına çox böyük zərbə vurur. İnsanın orqanizminə təsirləri qaçılmazdır. Ən əsası isə qəlyana aludəçilik çox tez baş verir. Baxmayaraq ki, bunun İranda 1000 ilik tarixi var, cənub qoşumuzda qəlyan qadağan edilib. Qəlyan orada qadağan olunduqdan sonra Azərbaycanda geniş yayılmağa başladı.
Ölkəmizdə qəlyanın kimin monopoliyasında olduğunu bilmirəm. Qəlyanı ölkədə qadağan etməsək, gənclərimizin sağlamlığını itirəcəyik. Bu mənada hesab edirəm ki, qəlyan qadağan olunmalıdır. Artıq bəzi gənclər qəlyan aludəçisinə çevriliblər. 10 il bundan əvvəl Azərbaycanda qəlyan yox idi. Ondan istifadə olunmurdu. Baxın, tələbəlik illərimdə şəhərdə iki nəfər gey var idi. Hamı onları tanıyırdı. Nə salam verirdi, nə əlaqə qururdu. Amma indi geylərin sayı dəhşətli dərəcədə artıb. Çünki Avropada, Türkiyədə bu hadisə dəbdir. Azərbaycanda da bəziləri Avropa və digər ölkələri təqlid edərək "gey" və "trans" olmağı dəb halına gətirmək istəyirlər. Amma bu çox pis haldır və ondan uzaq olmalıyıq”.
Son vaxtlar qəlyan istifadə edən qadınların sayının artmasına diqqət çəkən deputat vurğulayıb ki, qadınlarımızın qəlyan çəkməsi təqlidçilikdən irəli gəlir:
"Özlərini Türk serialları, Avropa serialları, Latın Amerikası seriyallarındakı qadınlara oxşatmaq isdəyirlər. Onlar öz mənliyi, xalqımızın adət-ənənəsini qoryub saxlamaq haqqında düşünmürlər. Hamı fikirləşir ki, özünü xarici ölkələrin seriallarındakı kimi aparsa, onu müasir düşüncəli şəxs kimi tanıyacaqlar. əslində isə bu, müasirlik yox, əxlaqsız kimi görünür”.
Orta məktəb uşaqlarının qəlyandan istifadə etməsinə toxunan parlamentari söyləyib ki, bu artıq valideynlərin işidir:
"Həm də uşağın öz beynində belə düşüncə olmalıdır. Bu, ailə tərbiyəsindən aslıdır. Valideynlər uşaqlarını beş-altı yaşlarından idmana yönləndirməlidirlər. Belə olarsa,uşaqlar düşünəcək ki, qəlyan gələcəkdə onların idman nəticələrinə mənfi təsir göstərə bilər. Valideynlər övladlarına başa salsalar ki, gələcək həyatına bu cür vasitələr mənfi təsir göstərəcək, bu zaman uşaqlar qəlyandan uzaq duracaq. Amma bəzi valideynlər bunu etmir. Uşaq baxıb görür ki, ata, ana, böyük qardaş siqaret çəkir, bu zaman o da həm siqaret, həm də qəlyan çəkəcək. Bunların hamısında ailə əsas rol oynayır”.
Kənan Eynuroğlu