Deputat:"Suriyada Türkiyə və Rusiya üz-üzə durub” - Kompromis olacaqmı ?





"Əslində Suriyada gedən döyüşlərdə Türkiyə və Rusiya üz-üzə durub”.

Bunu "Sherg.az”a Suriyanın Şərqi Quta bölgəsindəki vəziyyət haqqında danışarkən millət vəkili. politoloq Rasim Musabəyov deyib. 

O vurğulayıb ki, təhlükələri aradan qaldırmaq üçün Suriyadakı qüvvələr arasında dialoq aparılması vacibdir:

" Rusiya və Türkiyə lazım gəldikdə bir araya gəlib, yaranmış vəziyyəti müzakirə etməsi müsbət haldır.

Şərqi Quta ərazisində mülki əhalinin məhv edilməsi faktlarına da toxunan deputat xatırladıb ki, beynəlxalq təşkilatlar bu barədə çağırışlar edir:

"Təəssüf ki, həmin ərazilərdə atəşkəs daim pozulur. İnsanlar əziyyət çəkir və ya məhv edilirlər. Suriyada vəziyyətin qarışıq olduğu dönəmdə humanitar məsələləri kənara atmaq düzgün deyil”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Tərəflər Suriyanın Şərqi Quta bölgəsindəki vəziyyəti müzakirə ediblər. Müzakirə ilə bağlı ətraflı məlumat verilməyib.

Aysel Aslan