Şagirdin lövhə qarşısına çıxarılması metodu ilə sağollaşmaq lazımdır. Elə şagird var, çəkingəndir, daxilən sıxılır, sinif qarşısında danışa bilmir
Dərsliklər yenidən işlənməlidir
Xüsusən də humanitar və təbiət fənlərində dəyişiklik mütləqdir
Şagirdin lövhə qarşısına çıxarılması metodu ilə sağollaşmaq lazımdır. Elə şagird var, çəkingəndir, daxilən sıxılır, sinif qarşısında danışa bilmir
Şagirdin lövhə qarşısına çıxarılması metodu ilə sağollaşmaq lazımdır. Elə şagird var, çəkingəndir, daxilən sıxılır, sinif qarşısında danışa bilmir
Şagirdin lövhə qarşısına çıxarılması metodu ilə sağollaşmaq lazımdır. Şagirdə sərbəstlik verilməlidir. Şagird əyləşdiyi yerdən müəllimin sualını cavablandıra bilər. Əyləşdiyi yerdən qalxmadan tapşırılan dərsi danışa bilər. Bəli, lövhə qarşısında şagird sıxıla bilər. Elə şagird var, çəkingəndir, daxilən sıxılır, sinif qarşısında danışa bilmir
Uşaqların ağır dərs yükü, ağır məktəb çantaları dəfələrlə müzakirə predmeti olub. Təhsil mütəxəssisləri də, həkimlər də şagirdlərin tədris proqramı altında əzildiyini, ağır məktəbli çantalarınınsa uşaqları fiziki baxımdan şikəst etdiyini bildirir.
Pediatr Vaqif Qarayev isə «lövhə sindromu» adlı yeni bir problemə toxunub. Sosial şəbəkədə paylaşdığı yazını «dərsliklər mövzusunda sonuncu yazı... bu ilin sonuncu yazısı...» adlandıran pediatr vacib məsələlərə toxunub:
«11 yaşlı uşaq... bu ilə qədər heç bir problemi olmayıb... normal oxuyub... indi proqramı mənimsəməkdə çətinlik çəkir… lövhəyə çıxanda çox həyəcanlanır... bildiyini də unudur... bu azmış kimi hər gün bir əşyasını məktəbdə qoyub gəlir... buna görə də evdə həyəcan keçirdir... əslində yaddaşında ciddi problem yoxdu... amma "lövhə sindromu" yaşayır....
Çoxalıb belə uşaqlar. İbtidai siniflərdə normal mənimsəmə qabiliyyəti olanlar sonra oxuya bilmirlər. Proqramın ağırlığından!!!
Heç bir təhsil modeli uşağın sağlamlığına təsir etməməlidi!!! İndiki modeli (dərslikləri) hardan «kopya»layıblar, bilmirəm. Görünən odur ki, uşaqların psixikasında, sonralar isə ümumi sağlamlığında xoşagəlməz problemlər yaranır.
Təhsil məmurları bu işə əncam çəksələr yaxşıdı. 700 bal toplayanların sayı ilə öyünmək nə verəcək, xəstə uşaqların sayı artırsa?!»
Əməkdar müəllim Almaz Həsrət «Şərq»ə açıqlamasında pediatr Vaqif Qarayevin aktual mövzuya toxunduğunu dedi:
- Mövzu gələcəyimiz dediyimiz uşaqlarla bağlı olduğundan aktualdır. Bu günün uşaqları sabah ölkəni – bizi idarə edəcəklər. Gələcəyi görən gözlərimiz sağlam olmalıdır ki, bizi doğru-dürüst idarə etsinlər. Tədris proqramı və məktəbli çantalarının ağırlığı problemi var. Problem kurikulum dediyimiz yeni təlim proqramlarının təhsil sistemimizə daxil olması ilə başlayıb. Söhbət kurikulumun mənfi təlim metodu olmasından getmir.
Kurikulumun bir sıra müsbət xüsusiyyətləri, xeyli üstünlükləri var. Qabaqcıl dünya ölkələrində bu sistemdən istifadə olunur. Bizim problemimiz budur ki, kurrikulum təlim metodu təhsil sistemimizə daxil olduqda müəllimlər çətin vəziyyətdə qaldılar. Müəllim həm özü öyrənməli oldu, həm də öyrətdi. Müəllim öyrənə-öyrənə öyrətdiyindən özü üçün də qaranlıq qalan məsələlər oldu. Müəllim üçün qaranlıq qalan məsələ isə şagird üçün zülmət deməkdir. Müəllimlərimiz iki təlim metodu arasında qalıb.
Həm ənənəvi təhsil metodu istifadə edilir, həm də yeni kurikulum metodu. İkisi də qarışıb biri-birinə. Ona görə də problemlər yaranır. Bizə nə lazımdı? İlk növbədə dərsliklər yenidən işlənməlidir. Dəqiq fənlərdə dəyişiklik olmur. Humanitar və təbiət fənlərində isə dəyişikliklər mütləqdir. Niyə biz kimya, fizika, biologiya fənlərindən illərlə şagirdlərə əzbərlətdiyimiz qanunları, qaydaları, formulları əzbərlətməkdə davam edirik? Dünya təhsilində bu üsullar çoxdan arxivə atılıb. İnformasiya bolluğudur. Şagird internet vasitəsilə istədiyi, lazım olduğu informasiyanı əldə edir. Müasir şagirdlər artıq əllərinə dərslik almır. İstədikləri məlumatları internetdən əldə edirlər. Təlim metodlarında da, dərslik məsələsində də bir sıra yeniliklər var.
Bizdə isə yoxdur. Tətbiq edilmir. Şagirdin lövhə qarşısına çıxarılması metodu ilə sağollaşmaq lazımdır. Şagirdə sərbəstlik verilməlidir. Şagird əyləşdiyi yerdən müəllimin sualını cavablandıra bilər. Əyləşdiyi yerdən qalxmadan tapşırılan dərsi danışa bilər. Bəli, lövhə qarşısında şagird sıxıla bilər. Elə şagird var, çəkingəndir, daxilən sıxılır, sinif qarşısında danışa bilmir. Müəllim bunu bilməlidir. Şagirdə fərdi yanaşma budur. Şagirdlərin lövhə qarşısında, yaxud dərsi danışarkən sıxıntı keçirmələrinin bir səbəbi də test tapşırıqlarıdır. Çox müəllimlər var ki, mövzunu izah etdikdən sonra test tapşırıqlarının həllinə keçirlər. Nəticədə şagirdin nitqi inkişaf etmir, söz ehtiyatı zəif olur, fikrini izah edə bilmir. Bu, biz müəllimlərin günahıdır. Hamının başını test tapşırıqları «qatıb».
Şagirdin dil, nitq inkişafı ümumiyətlə, arxa plana keçib. Unudulub. Təbii ki, bütün müəllimlər eyni səviyyədə deyil. Müasir təlim metodlarını mənimsəyən, praktikada geniş istifadə edən müəllimlərimiz çoxdur. Amma hər bir müəllim öz fənnini öyrətmək və sevdirməyə cəhd göstərməzdən əvvəl şagirdin nə istədiyini düşünməlidir. Müəllimin əsas işi şagirdin daxili potensialını açmaq olmalıdır. Kurikulum sistemində rəqəmlə qiymətləndirmə yoxdur. Qiymətləndirmə meyarları səviyyələr üzrə aparılır. Biz həmişə demişik ki, aşağı qiymətləndirmə, müəllimin «2», «3» qiymət yazması şagirdi «öldürür».
A.Həsrət orta məktəb proqramının həqiqətən ağır olduğunu bildirdi:
- Yükləmə çoxdur. Şagirdlər istirahətə, dincəlməyə, əlavə hansısa məşğuliyyətə vaxt tapmırlar. Bunun da günahı, yenə müəllimlərdədir. Müəllim fənnin tədrisini elə düzgün qura bilər ki, şagirdin dincəlməyə də, başqa məşğuliyyətlərə də vaxtı qalar. Məktəbli çantasını ağırlaşdıran da dərsliklərin şagird tərəfindən dərsə aparılmasıdır. Kitablar sinifdə qalmalı və hər dərsdə şagirdlər ondan sinifdə istifadə etməlidirlər. Əlavə dərs vəsaitləri yığışdırılır, amma onun yerini dərsliklər tutur. Belə olmamalıdır. Müəllim təlim metodunu elə qurmalıdır ki, şagird dərsi sinifdə mənimsəsin. Belədə uşaqlar dərslikləri özüylə daşımalı olmazlar.
Məlahət Rzayeva