SEPAH ABŞ-nin dörd ölkədəki hərbi bazalarına zərbə endirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri ABŞ-nin Bəhreyn, İordaniya, İraq və Küveytdəki hərbi bazalarına zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

SEPAH bildirib ki, Küveytdə yerləşən Əli əs-Salim bazasına hücum kombinə edilmiş şəkildə, raket və dronlardan istifadə edilməklə həyata keçirilib.