İran ABŞ-nin İrandakı toy mərasiminə hücumuna cavab olaraq Küveyt, Bəhreyn, İordaniya və İraqda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH-ın bəyanatında bildirilir ki, ABŞ-nin İranda toy mərasiminə endirdiyi zərbə nəticəsində bir neçə nəfər ölüb, onlarla insan isə yaralanıb.
İran tərəfinin məlumatına görə, SEPAH-ın quru qoşunları cavab əməliyyatı çərçivəsində İordaniya, İraqın Ərbil şəhəri və Bəhreyndəki ABŞ bazalarına hücumlarla yanaşı, Küveytdə yerləşən Əli əs-Salim aviabazasının qərargahına və ABŞ komandanlığının yerləşdiyi əraziyə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
SEPAH hücumlar nəticəsində bir neçə nəfərin öldüyünü iddia edib.