Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Bu gün biz Rusiyanın hava məkanından istifadə edən hər bir aviaşirkəti və hələ də Rusiyanın əsas hava limanlarından istifadə edən hər kəsi xəbərdar etmək istəyirik: Rusiya səması tamamilə təhlükəli olacaq", - o yazıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın Xarici İşlər Nazirliyi və ölkənin digər müvafiq qurumları Rusiya səmasındakı təhlükələrlə bağlı beynəlxalq strukturlara tam məlumat təqdim edəcəklər.