Deyəsən, millət vəkilləri təzə ayılıb- VURĞUN ƏYYUB

"Bu məsələni illərdir qaldırırıq"


Azərbaycanda müəllimlər haqqında nə qədər gurultulu təriflər söyləsələr də, reallıqda müəllim peşəsinin dəyərini yüksək hesab etmirlər. 

Bu barədə Sherg.az-a millət vəkili Fazil Mustafanın müəllimlərin əmək haqlarının artırlması ilə bağlı təklifini dəyərləndirərkən filologiya elmləri namizədi ,təhsil eksperti Vurğun Əyyub bildirib. 

Onun sözlərinə görə, ümumiyyətlə müəllim sənəti haqqında, deyilənlər yalnız şifahi xarakter daşıyır: 

" Təhsilə qoyulan investisiya yalnız rüşvət və korrupsiya mənbəyindən başqa bir şey deyil. Körpü və başqa tikinti sahəsinə daha çox pul ayrılır, nəinki elm və təhsilin inkişafına. Bu vəziyyətlə ölkə təhsilini inkişaf etdirmək mümkün deyil".

Digər millət vəkili Qüdrət Həsənquliyevin "Bir tələbə göstərin repetitorsuz ali məktəbə qəbul olunsun" fikrinə diqqət çəkən ekspert vurğulayıb ki, o, bu məsələni illərdir qaldırır: 

" Deyəsən, millət vəkilləri təzə ayılıb. Səbəb odur ki, orta məktəblər üzərlərinə düşən missiyanı icra etmir. Orta məktəblər öz əhəmiyyətini itirib. Bu səbəbdən şagirdlər məcburdur ki, repetitor yanına getsinlər".

Ayyət Əhməd