Təhsil sahəsində də səhiyyədə olduğu kimi problemlərin yaşandığını vurğulayan ekspert diqqətə çatdırıb ki, belə yanaşmalar ayrıseçkiliyə səbəb olur:
"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır" - Azərbaycan "standartı"
12:08 10.11.2017
Arxiv
1564
Rəşad Həsənov:"Bu gün hər hansı uşağa "oxu, müəllim ol" dedikdə cavab verir ki, müəllimlərin özü tikintidə işləyir. Həqiqətən belədir. Məktəblərdə kişi müəllim qalmayıb"
Təhsil sahəsində də səhiyyədə olduğu kimi problemlərin yaşandığını vurğulayan ekspert diqqətə çatdırıb ki, belə yanaşmalar ayrıseçkiliyə səbəb olur:
"Azərbaycanda ən azı əmək haqqı alanlar səhiyyə və təhsil sahələrində çalışanlar".
Bu barədə "Sherg.az"a həkim və müəllimlərin əməkhaqlarının artırılmasının vacibliyindən danışarkən iqtisadçı - ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı belə əmək haqqına görə, bu sahələrdən üstün hesab edilir:
"Bu istiqamətdə konkret və əsaslı qərarların verilməsinə ehtiyac var. Söhbət 5-10 faiz artımdan getmir. Belə artımla aradakı disbalansı düzəltmək mümkün deyil. Məsələn, heç bir ali təhsili olmayan sadə vətəndaş tikintidə işləyib, 800 manat maaş ala bilir, amma ali təhsilli müəllim məktəbdə işləyib, 150 manat alır. Bəzi ucqar regionlar çıxmaq şərti ilə ölkədə əsas məskunlaşma olan yerlərdə müəllim bolluğu var. Heç kim artıq dərs deyə bilmir, nəticədə yüksək əməkhaqqı almır. Səhiyyədə də təxminən oxşar problem hökm sürür. Maraqlısı odur ki, hər iki sahə dövlətin nəzarətindədir. Biz hazırda bir neçə nəfərin etdiyi cinayətkar əməllər, korrupsiya elementli fəaliyyətlərin cəzasını dövlət büdcəsində illik 440 milyon manatla ödəməli oluruq. Yəni bu kimi faktlara diqqət etsək, ölkənin imkanlarının olmaması fikri ilə razılaşmaq olmur.
Səhiyyə ilə təhsili fərqləndirən bir məsələ var. Səhiyyədə evindən xəstəxanaya gedən hər kəs öz cibinə pul qoyur. Düzdür, təhsildə də təxmini eyni elementlər görünür, amma səhiyyədə bu daha qabarıqdır. Deməzdim ki, bu gün səhiyyədə çalışan hər kəs ancaq maaş hesabına dolanır. Amma bir məsələ var ki, burada qanunlar tapdanır. İnsan ödənişsiz dövlət xəstəxanasında ödənişli xidmət alırsa, onun qanunların işləmə mexanizminə inamı itir. Üstəlik, orada çalışan heyətin psixoloji durumu ortaya çıxır. Yəni, sabah həmin həkimlərə yüksək maaş tətbiq edilsə belə, onlar ələbaxımlılığa öyrəşir. Dəfələrlə müşahidə etmişik ki, pulu olmayn insanları xəstəxanaya buraxmırlar, müalicələrini düzgün aparmırlar, laqeyd yanaşırlar. Bu isə dövlətin insan kapitalı siyasəti ilə uyğun deyil".
Təhsil sahəsində də səhiyyədə olduğu kimi problemlərin yaşandığını vurğulayan ekspert diqqətə çatdırıb ki, belə yanaşmalar ayrıseçkiliyə səbəb olur:"Eyni zamanda qanunların pozulmasına, idarəetmədə oturanların korrupsioner olmasına gətirib çıxarır. Bu gün karbohidrogen resurslarından gələn gəlirlərin insan kapitalına uğurla transformasiya olunmasını düşünürüksə, dövlətin diqqətində ilk səhiyyə, ikinci təhsil olmalıdır. Hər iki istiqamətdə çalışanlara hörmət olmalı, normal əmək haqqı verilməlidir. Bu gün hər hansı uşağa "oxu, müəllim ol" dedikdə cavab verir ki, müəllim tikintidə işləyir. Həqiqətən belədir. Məktəblərdə kişi müəllim qalmayıb. Çünki Azərbaycanda ailə büdcəsi kişilər tərəfindən formalaşdırılır. Kişi müəllim isə əmək haqqı ilə ailəsini dolandıra bilmir, başqa sahələrə üz tutur. Bu, deqradasiyanın göstəricisidir.
2018-ci il büdcəsinə görə, 26 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticəsinə uyğun 73 milyon manat pul nəzərdə tutulub. Bu, o qədər də böyük rəqəm deyil. Amma müəyyən irəliləyiş olduğunu deyə bilərik".
Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tibb işçilərinin maaşlarının, anadangəlmə fiziki qüsurlu şəxslərin müavinətlərin az olduğunu bildirib. Komitə sədri bu məsələyə baxılmalı olduğunu deyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat