DİQQƏT: buraxılış imtahanları yalnız bu fənlərdən olacaq - DİM sədri açıqladı
13:02 28.09.2017
Arxiv
1151
İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarda iştirak edəcək.
APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanları 3 fəndən - Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) olacaq.
Onun sözlərinə görə, bununla bağlı dünyada olan təcrübələr öyrənilir: "Son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı testdən istifadə edilirdi. Son 10 ildə hər bir fənn blokunda 1-2 açıq tipli sualdan başlayaraq, bu il hər bir fəndən 5 olmaqla açıq tipli test suallarından istifadə edilib. Yeni imtahanlarda belə sualların sayı daha da çox olacaq.
Bu suallarla yanaşı, imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək. Amma bunu tətbiq edəndə Azərbaycanın reallığını, təhsil sistemində bunun mümkünlüyünü və praktik olaraq imtahanın təhlükəsizliyinin necə qorumaq lazım olduğunu düşünməliyik.
Yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində 9 il əvvəl kurrikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Buna əsasən imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya