Diqqət ! Elekton siqaret iki nəfərin canını aldı





Amerikada elekton siqaretin partlaması nəticəsində iki nəfər dünyasını dəyişib.

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, hadisə yanvarın 29-da Texasda baş verib. Viliam Erik Broun adlı 24 yaşlı gənc elekton siqaretin partlaması nəticəsində dünyasını dəyişib. Bu barədə ABŞıın yerli telekanalı olan NBC və digər media orqanları məlumat yayıb. Xəbərdə qeyd olunur ki, elektron siqaretin partlaması nəticəsində V.E. Brounun boyun damarları sıradan çıxıb, və nəticədə o vəfat edib.

Qeyd edək ki, bu, Amerikada elektorn siqaretin partlaması nəticəsində baş verən ikinci ölüm hadisəsidir.

Belə ki, 2018 -ci ilin 5 may tarixində Floridada da analoji hadisə yaşanıb. 38 yaşlı kişi evində ölü tapılıb. Buna MODs tipli elekton siqaretetin partlaması səbəb olub. 

Elektron Siqaret İstifadəçilər Müstəqil Birliyinin rəhbəri qeyd edib ki, elektron siqareti işə salan düymənin təkrar qalxmasıan əmin olmaq lazımdır. O düymə qalxmayanda bu cür partlayışlar baş verə bilir".

Tərcümə etdi: Ayyət Əhməd