Direktor da cəzalanmalıdır, müəllim də...- Elm ocağı, yoxsa döyüş meydanı

Ötənlərdə Abşeron rayonun Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdə xoşagəlməz hadisə yaşanıb. Məktəbin direktoru ilə müəllimlərindən biri arasında mübahisə baş verib. Və sonda bu zidiyyət davaya çevrilib. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Qeyd edək ki, bu, direktorlarla müəllimlər arasında yaşanan birinci hal deyil.
Maraqlıdır, görəsən, dərs ili başlar-başlamaz müəllim və direktor arasındakı bu qarşıdurma nədən qaynaqlanır?
Sualmızı cavablandıran təhsil eksperti Kamran Əsədov "Sherg.az"a bildirib ki, son dövrlərdə orta təhsil müəssisələrində baş verən neqativ halların sayında ciddi artım müşahidə olunur:
"Xüsusən də bunu müəllim- direktor, müəllim -şagird arasında yaşanan xoşagəlməz hadisələr fonun da görürük. Təhsilin kefiyyətinin yüksəldilməsi istiqamətində əsaslı addımlar atılsa da, belə mənfi olaylar buna imkan vermir. Adıçəkilən məktəbdə yaşanan hadisə onu göstərir ki, direktor tədris müəssisəsində düzgün dərs bölgüsü apara bilməyib. Məktəblərdə təhsil əvəzinə uşaqlarımızı həvalə etdiyimiz insanların davasını, nalayiq ifadəsini görürük. Əgər tədris müəssisələrində bu kimi hallar baş verirsə, əmək məcəlləsinin 72-74-cü maddəsinə uyğun olaraq həmin məktəbin direktoru cəzalandırılmalı, hətta vəzifəsindən azad edilməlidir. Eyni zamanda tədrsin kefiyyətini və müəllim- direktor prinsiplərini pozduğu üçün müəllim də cəzalandırılmalıdır. 
Bu kimi hadisələr yalnız Bakı şəhərində baş verməyib. Regionlarımızda da belə olayların sayı- hesabı yoxdur. Bu da onu göstərir ki, müəllim və direktor vəzifəsini icra edənlər öz öhdəliklərini düzgün yerinə yetirə bilmir. Əgər direktor və müəllimlər obyektiv şəkildə vəzifələrə təyin edilsəydi, belə arzuolunmaz halla qarşılaşmazdıq. 
Məncə, Təhsil Nazirliyi həmin məktəbdə yoxlamalar aparmalıdır. Abituriyentlərin buraxılış və qəbul imtahanlarının nəticələri, şagirdlərin olimpiada göstəriciləri və digər bu kimi faktorlar yoxlanılmalıdır. Əminəm ki, həmin məktəbdə bütün göstəricilər aşağıdır. Məktəblərimizdə belə hadisələrə yol verilməıməlidir. Müəllim- direktor, müəllim -valideyin, müəllim- şagird arasında neqativ hallar baş verərsə, o zaman onlar əmək məcəlləsinə əsasən cəzalandırılmalıdır”.
Müəllim və direktor arasında baş verən münaqişənin şagirdlərə göstərəcəyi psixi təsirlərdən danışan psixoloq Aytən Ələkbərova "Sherg.az”a söyləyib ki, bu hadisə uşaqların birbaşa psixologiyasına pis təsir edir. Çünki şagirdlərin ilk dərs günündə gördükləri mənfi görüntü onların bir ömür boyu yadlarından çıxmayacaq:
"Bu kimi hadisələr uşaqlara pis örnəkdir. Görünür, müəllim və direktorun arasında yaranan kiçik bir narazılıq sonda onların özlərinə hakim ola bilməməsinə gətirib çıxarıb. Düzdür, müəllim nə vaxtsa bu hərəkətindən utanacaq. Lakin idarəedici bir şəxs kimi direktor şagirdlərinin gözü qarşısında belə olaylara yol verməməlidir. Burada ortaya belə bir sual çıxır. O uşaqlar onlardan hansı tərbiyəni götürə bilər? Artıq uşaqlar məktəbə bir dava ocağı kimi baxacaq. Hətta tədris müəssisələrinə ilk qədəmlərini qoyan birinci sinif şagirdləri məktəbə getmək istəməyəcək, ağlayacaqlar. Onların gözləri qasrşısında müəllim və direktorun əlbəyaxa olması uşaqlarada "sabah o müəllim mənədə əl qaldıracaq” düşüncəsini formalaşdırıb. 
Məncə, həmin uşaqların valideyinləri övladları ilə bu haqda söhbətlər aparmalıdır. Onlarada mənfi fikirləri aradan qaldırılmalıdır. Həmçinin növbəti günlərdə uşaqlar bir-birilərini əl qaldıracaq. Və həmin anda onlar fikirləşəcək ki, bizim müəllimimizlə direktorumuz belə hərəkətlər edirsə, bunu biz də edə bilərik. Məncə, həm uşaqlar, həm də müəllim və direktorla psixoloji söhbətlər aparılmalıdır”.
Kənan Eynuroğlu