Direktorluğa işə qəbul üzrə imtahanlar keçirilir
09:56 15.03.2021
Arxiv
397
Bu ilin martın 19-da Bakı şəhəri daxil olmaqla, 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq təşkil ediləcək.
6 mart tarixində keçirilmiş sonuncu seansda imtahana qeydiyyatdan keçərək iştirak edə bilməyən, həmçinin 7 mart tarixi üzrə seanslara çağırılmış şəxslər imtahanlarda iştirak edə bilərlər. İmtahan qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur.
Namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları mütləqdir. İmtahan başlamamışdan yarım saat əvvəl imtahana qeydiyyat başa çatacaq. Namizədlər imtahan keçiriləcək binaya daxil olarkən tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər. Namizədlərdən şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaları xahiş olunur.
Qeyd edək ki, dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə