Çünki burda hər kəsin həyatına təsir göstərə biləcək qərarlar qəbul olunur
Doğru modeldir...
07:18 25.11.2017
Arxiv
473
Taarif Şurasına nazirlər və hökumət nəzarət etməlidir
Çünki burda hər kəsin həyatına təsir göstərə biləcək qərarlar qəbul olunur
Çünki burda hər kəsin həyatına təsir göstərə biləcək qərarlar qəbul olunur
Millət vəkili Tahir Kərimli Taarif Şurasında nazirlərin şəxsən təmsil edilməsinin önəmli olduğunu bildirib. Deputat bununla bağlı Parlamentdə 2018-ci il ilin Dövlət Büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
"Mərkəzi Bankın sədri dedi ki, manat xarici şoklardan asılıdır. Mən çox narahatam. Taarif Şurası deyə bilərmi ki, yanacaq qalxacaq, ya yox? Çünki qalxsa, qiymət artımı baş verəcək. Deputat həmkarlarım da çıxışlarında bu məsələdən narahatlığını dilə gətirdilər. Məncə, Taarif Şurasına ya nazirlərin özləri daxil olsun, ya da bu məsələyə hökumət nəzarət etsin”.
Deputatın təklifi ilə bağlı "Şərq”ə açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev Taarif Şurasına nazirlərin və ya hökumətin nəzarət etməsi məsələsinin düzgün variant olduğunu bildirib. Hüquqşünasın sözlərinə görə, indiki halda Taarif Şurasına nəzarət üçün daha doğru model nazir və nazir müavinləridir və bu, normal platforma sayıla bilər. Lakin bunun üçün Taarif Şurası haqqında qanunun qəbul edilməsinə ehtiyac var: "Çünki nazirlərə səlahiyyətlərin verilməsi qanunla tənzimlənməlidir. Onlar bu və ya digər məsələlərlə əlaqədar qərar qəbul edirlər. Ona görə də belə səlahiyyətlərin verilməsi yalnız qanunla müəyyənləşdirilməlidir.
Əlbəttə, 2-ci təklifi də başa düşmək olar. Taarif Şurasına nəzarəti hökumət həyata keçirə bilər. Çünki burda hər kəsin həyatına təsir göstərə biləcək qərarlar qəbul olunur. Taariflərin artması və ya azalması çox mühüm məsələlərdir”.
Ə.Nuriyev həmçinin bildirib ki, qaz, işıq və digər komunalların istehsalı yox, satışıyla bağlı bütün müəssisələr özəlləşdirilsin. Onun sözlərinə görə, satışı həyata keçirən qurumların dövlətin nəzarətində qalmasına ehtiyac yoxdu: "Özəlləşdirmək daha yaxşı olardı, eyni zamanda burda alternativlərin olması çox vacibdir. Alternativ şirkətlərin yaranması ilə vətəndaşın imkanı olacaq ki, bu şirkətdən elektriki, suyu alsın. Yoxsa bu vahid bir halda, dövlətin tam inhisarında olanda müvafiq qurumlar effektli və səmərəli fəaliyyət göstərə bilmir. Həm istehsal edir, həm də satır. O zaman həmişə qiymətlərin artırılmasına maraqlı olur.
Taarif Şurasında həmçinin ictimaiyyət və özəl sektorun nümayəndəsi olmalıdır. Çünki qərarların qəbul edilməsi prosesinin şəffaflığı əsasdır və bununla bağlı problemlər var. Təbii ki, Azərbaycan Respublikası Prezidentinin Taarif Şurasının qərarını ləğv etmək hüququ var. Bu çox yaxşıdı, amma daimi olaraq prezidentin bu məsələlərlə məşğul olmağa zamanı yoxdur. Hesab edirəm ki, burda bütövlükdə hər kəsin-bütün cəmiyyətin maraqlarının təmin edilməsi lazımdır. Çünki bu və ya digər formada bizim həyatımıza təsir edən qərarlar verilir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya