Dolların kursu ilə Tarif Şurasının qiymətləri ziddiyyət təşkil edir

Şəmsiyyə Namazlı: " Çünki dərmanların hamısı xaricdən gəlir. Sabah bəlkə dollar bahalaşacaq, dərmanların bu qiymətə qalması mümkün deyil”


"Elə dərmanlar var ki, həkimin xüsusi möhürü olmadan apteklər onu satmır”.

Bunu Sherg.az-a tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-filosof Şəmsiyyə Namazlı deyib.

 O bildirib ki, adi dimidroldan tutmuş kəskin nevroloji dərmanlara qədər xüsusi resept listində yazılıb, möhür vurulduqda xəstəyə verilir:

"Tarif Şurasının sistemində təsdiqlənmiş dərmanlara apteklər baha qiymət qoymağa risk etmirlər. Bəlkə də fərqli qiymətlərlə dərman satanlar da var, dəqiq demək çətindir. Dərmanların qiymətləndirilməsi hissə-hissə həyata keçirilir. Çünki dərman çeşidləri həddən artıq çoxdur. Onların qiymətinin tənzimlənməsi isə uzun müddət vaxt tələb edir. Hissə-hissə bu qruplar gəlir. Düşünmürəm ki, sabit qiymətlər müəyyən olunandan sonra apteklər süni bahalaşmaya əl atar. 

Lakin neqativ hallar həmişə olur. Ola bilər elə insanlar olsun ki, dərmanları baha satsın. Amma bir həkim kimi buna inanmıram. Həmin aptek və əməkdaşları məsuliyyət daşıyırlar. Çünki bilirlər ki, onları nə gözləyir. Yenə də dolların kursuna görə Tarif Şurasının qiymətlərinə əməl etmək çətin olacaq. Çünki dərmanların hamısı xaricdən gəlir. İndi dollar bir neçə aydır stabildir. Sabah bəlkə dollar bahalaşacaq, dərmanların bu qiymətə qalması mümkün deyil”.

Aysel Aslan