“Donuz qripi” Türkiyədə...

Tabutunu əlcəklə daşıdılar




Mersin Qubernatoru Özdəmir Çaxacaq, "donuz qripi” səbəbiylə aparılan tədqiqlərdə həyatını itirən 7 adamdan 2-ində H1N1 "donuz qripi” virusu təyin olunduğunu açıqladı.

Anamur qəsəbəsində bir bir çox adamın "donuz qripi” hadisəsindən həyatını itirdiyini söyləyən Çaxacaq, indiyə qədər mahallardan gələn 7 adamın müxtəlif səbəblərdən həyatını itirdiyini söylədi. Qubernator Özdəmir Çaxacaq, belə dedi: "Onların arasında gənci də, yaşlısı da var. Dünən xəstələrimizdən biri ürək narahatlığıyla gəldi və həyatını itirdi.”

Mersində, qrip səbəbi ilə həyatını itirən 32 yaşlı Yaşar Küçükalıç, Anamur qəsəbəsində torpağa tapışırıldı. Donuz qripi şübhəsi daşıyan Küçükalıçın dəfini əsnasında tabutu daşıyanlara plastik əlcək və maska paylandı. İstifadə edilən əlcək və maskalar daha sonra bir vəzifəli tərəfindən qara bir paketə qoyularaq aparıldı.

Cənazəyə qatılanların da maska istifadə etməsi və narahat davranışları diqqət çəkdi.