Dörd il iki ay həbs cəzası aldı

Qadın, məhkumu 13 dəfə yoldan çıxarıb
ABŞ-ın Vaşinqton şəhərində bir məhkumla əlaqədə olan həbsxanada texniki işçi olaraq çalışan qadın, dörd il iki ay həbs cəzasına məhkum oldu.
"Bild” qəzetinin xəbərinə görə, Jill Curry adlı qadının şəhər həbsxanasında 25 yaşındakı bir məhkumla 13 dəfə əlaqədə olduğu sübut edildi.
Qadın, prosesdə məhkəmə heyəti qarşısında gözyaşları içində üzr istədi. Təhlükəli olaraq xarakterizə edilən məhkumu başdan çıxarıb, onunla əlaqədə olan qadın, hakim Charles Bailey və münsifi cəzasının azalması üçün razısalma edə bilmədi. Xəbərdə, yüksək təhlükəsizlikli həbsxanasında idarə otağında texniki işçi olaraq çalışan qadının gözətçilər günorta fasiləsində olduqları əsnada, məhkumun elektronik qapısını açıb, anbar olaraq istifadə edilən kiçik bir otaqda 13 dəfə əlaqədə olduğu bildirildi. Qadının ifadəsində peşman olduğunu deməsi həbs cəzasını əngəlləyə bilmədi.