
"Dövlət başçısı gəncləri ictimai nəzarətdə fəal olmağa səslədi"
12:59 04.02.2019
Arxiv
602
"2 Fevral Gənclər Günü həmişə olduğu kimi, bu il də dövlət səviyyəsində möhtəşəm şəkildə keçirildi. Bu vaxta qədər bir neçə gənclər forumunda iştirak etmişəm və dövlət başçısı bu tədbirə gəlməklə gənclərlə həmrəy olduğunu ifadə edib. Fevralın 1-də Bakı Konqres Mərkəzində Gənclər Gününə həsr olunmuş respublika toplantısına Prezident və vitse-ptezidentin qatılması Azərbaycan gənclərinə dəstəyin dövlətin ali nəzarətində olmasını təsdiqləyir”.
Bu sözləri Sherg.az-a açıqlamasında araşdırmaçı-jurnalist, analitik Anar Turan söyləyib. O qeyd edib ki, dövlət başçısı toplantıda məzmunlu, gənclər siyasətini əhatə edən və gələcək perspektivlərə hesablanan geniş nitq söyləyib:
"Prezident İlham Əliyev çıxışında ölkəmizdə gənclər siyasətinin tarixinə və öz gənclik illərinə ekskurs edərək çətin günlərdən bəhs etdi. Bundan əlavə, gənclərə öz çətin günlərindən və qazandığı şəxsi uğurlardan danışaraq nümunə göstərdi. Azərbaycanda gənclər siyasətinin ilkin dövrlərindən və uğurlarından bəhs etdi. Çıxışda bu cür detalları qeyd etmək, gənclər günündə, gənclərlə bağlı mühüm toplantıda bunları demək böyük əhəmiyyət daşıyır. Ölkə rəhbərinin bu çıxışı gənclər üçün böyük stimul oldu. Bundan əlavə, Prezident nitqində qeyd etdi ki, Azərbaycanda gəncliyin inkişafı, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin, mütəxəssislərin irəli çəkilməsi, onlara dəstəyin ifadə edilməsi dövlətin ciddi nəzarətindədir. O gənclərin milli ruhda tərbiyə almalarını, dövlətə, dövlətçiliyə bağlı yetişmələrini, təhsil və bilik bazalarını artırmalarını, iqtisadi cəhətdən özlərini təmin etmələrini, sağlam həyat tərzi sürmələrini gəncliyin əsas atributu kimi dəyərləndirdi”.

A.Turan deyib ki, bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının vətəndaşı olması ilə fəxr edir:
"Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Əlbəttə, dövlət başçısı tərəfindən gənclərə bu qədər önəm verilməsi mühüm məsələdir. Bu onu göstərir ki, dövlət bütün sahələrdə gənc insanların əsas kontingent təşkil etməsinin vacibliyini dəyərləndirir. Hətta vətənin keşiyində duranların, şəhidlərimizin əsasən gənclərdən ibarət olduğu da hər kəsə bəllidir. Elə təkcə bu fakt bəs edir ki, bu sahənin inkişaf etdirilməsi nə qədər taleyüklü məsələlərimizin həll edilməsi deməkdir. Dövlət başçısı çıxışında gəncləri ictimai nəzarətdə fəal olmağa dəvət etməsi də mühüm faktordur. Bu gənclərin ölkənin ictimai-siyasi həm də iqtisadi proseslərində ictimai nəzarət prosesində iştirak etməsini şərtləndirən, bu təmsilçiliyi artıran çağırışdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya