Dövlət şəhid ailələrinin yanındadır: "Sosial problemlərimiz həll edilir"



"Allah Prezidentimizin ömrünü uzun, işlərini avand eləsin. Dövlət başçısından çox razıyıq”. Bunu "Sherg.az”a açıqlamasında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Əliyev Zakir Kərəm oğlunun anası Əliyeva Validə Cəmil qızı deyib.

Şəhid anası bəyan edib ki, dövlət tərəfindən sadəcə 11 min manatlıq birdəfəlik yardım almayıblar, əlavə olaraq şəhid ailəsinə mənzil də verilib: 

"Prezidentin sərəncamına uyğun olaraq evlə də təmin olunmuşuq. Heç bir narazılığımız yoxdur. Həmişə dövlətimizindən və şəxsən Prezident İlham Əliyevdən diqqət və qayğı görmüşük. Hər vaxt bizi yad edirlər, dərdimizə əlac tapırlar”. V.Əliyeva yaxın günlərdə dövlət tərəfindən ayrılan birdəfəlik yardımı alacağını deyib.

Qeyd edək ki, Prezidentin 2018-ci il 19 aprel tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınıb. Sevindirici haldır ki, artıq bir neçə gün öncə, noyabrın 14-dən başlayaraq qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə şəhid ailələrinə maddi yardımların verilməsinə başlanılıb. Rəsmi olaraq 113 nəfərə dövlət tərəfindən birdəfəlik vəsait ödənilib. Cəmiyyətin bütün təbəqələrində yüksək qiymətləndirilir. Elə şəhid ailələrinin nümayəndələri də bunun müsbət bir hal olduğunu, dövlətin diqqət və qayğısının nümunəsi adlandırdılar.

İsmayıl