“DSX-nın keçdiyi çətin və şərəfli yol dövlətimiz üçün örnək oldu”


Tapşırıq veribdir Ali Komandan,

Sərhəddə ayıqdır hər zabit,əsgər!

Ana yuxuları qarışan zaman,

Birinci ağrını sərhədçi çəkər!


   Sərhəd  müstəqil dövlətimiz üçün  vacib və önəmli bir sahədir . Sərhədlərimizin mühafizəsində  vəzifə borclarını yerinə yetirən  hər kəs böyük  hörmət və ehtiram daşıyıcısıdır..
  Bəli, nəqədər də məsuliyyətli olsada  bu gün Dövlət Sərhəd Xidmətindən  yazacam.Bir təhsil işçisi  və uzun illər xidmət etmiş zabit kimi özümə borc bildim ki,Dövlət Sərhəd Xidmətinin yaranmasının  100 illiyi ərəfəsində,  müstəqil Azərbaycanın yarandığı   gündən  sərhədlərimizin  mühafizəsində əməyi olanlardan  yazam.  
  Azərbaycanda Dövlət Sərhəd Xidmətinin yaranma tarixi 1918-ci ildən başlanır. 1918-ci il iyunun 22-də Azərbaycan Demokratik Respublikası qurulanda ilk öncə sərhədlərimiz müəyyənləşdi və onların qorunması məsələsi gündəmə gəldi.  İlk  olaraq Poylu sərhəd postu yaradıldı. Başqa  istiqamətlərdə də yeni sərhəd  məntəqələrin yaradılması planlaşdırılaraq  və həyata keçirildi.
1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra  99 post yaradlılaraq  və  yeni yaranmış gənc dövlətimizin  sərhədləri mühafizəyə götürülmüşdür.
İllər keçdi  müstəqil Azərbaycan  dövləti   süquta yetdikdən sonra sovet dövləti yarandı və doğma  Azərbaycanımız sovetlər birliyi tərkibində  İran və Türkiyə ilə  həmsərhəd oldu.Şimal istiqmətlərdə sərhəd ifrastrukturu ümumiyyətlə belə yox idi.lakin bu böyük bir işi görmək elədə asan deyildi. Bu gün artıq müstəqilik.
Nə qədər çətin olsada  Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra   ordumuzun yenidən yaradılması ilə bərabər sərhəd  qoşunlarının yaradılması da əsas prioritet məsələlərdən biri oldu. Dövlət Sərhəd Xidmətinin keçdiyi çətin və şərəfli yol  dövlətimiz üçün bir nümunə və  örnək oldu . Sərhədlərimizin öz sərhədçilərimiz tərəfindən qorunması isə müstəqilliyimizin  əsas  və vacib  amillərinin birinə  çevrildi.
  Bu gün Azərbaycan Sərhəd Mühafizəsi etibarlı  inkişafa və tərəqqiyə  nail olmuş, sərhədlərimizin  hüdudlarının professional  səviyyədə mühafizəsinin   həyata keçirir. Dövlət Sərhəd Xidmətinin Rəisi General-Polkovnik Elçin Quliyevin  bacarıqlı və səriştəli rəhbərliyi altında  Dövlət Sərhəd  Xidmətinin maddi texniki bazası modernləşdirilmiş və qabaqcıl dövlətlətrin səviyyəsinə gətirilmişdir.
Bu gün DSX   Vətənimizin qərb bölgəsində Ermənistanla həmsərhəd ərazilərdə döyüş növbətçiliyini yüksək əzm və şərəflə yerinə yetirir.Bu gün Dövlət Sərhəd Xidmətinin   hərbi qulluqçuları ön xəttdə  qarşılarında duran döyüş tapşırığını şərəflə,ləyaqətlə  və mətinliklə yerinə yetirir.Əsgərlərimiz gecə- gündüz  erməni ordusunun  müxtəlif növ silahlardan  atdıqları atəş nöqtələrini  qəhrəmancasına susdurur və bir daha sübut edirlər  ki, DSX-nin zabit və əsgərləri     döyüş əməliyyatlarını aparmaq qabilyyətinə malikdirlər.
  Bu gün   Dövlət Sərhəd Xidməti bir qürum olaraq     ictimayyətlə sıx əlaqələr qurmuşdur .Mən Azərbaycan Respublikası Təhsil Nazirliyinin ,Bakı Şəhəri üzrə Təhsil idarəsinin bir əməkdaşı kimi onu qeyd etmək istəyirəm ki, DSX-nin zabitləri  mütamadi olaraq ümumtəhsil məktəblərində  Hərbi Vətənpərvərlik tərbiyəsi istiqamətində müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edirlər.Artıq 2 ildir ki   Dövlət Sərhəd Xidməti Sahil mühafizəsi tərəfindən Bakı şəhəri üzrə seçilmiş ümumtəhsil məktəbləri arasında "Sərhədçi" hərbi idman oyunları keçirilir.Keçirilən "Sərhədçi"hərbi idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə ,onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək ,sağlam və gümrah gənclər yetişdirmək ,onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.
Keçirilən yarışlarda  iştirak edən gənclər sıra hazırlığı ,sərhəd naryadı tərəfindən nəqliyyat  vasitələrinə baxışın təşkili ,avtomatın sökülüb yığılması ,sərhəd pozuçusunun  yaxalanması  və təxliyyəsi ,hədəfə atəş açılması ,yaralanmış sərhəd naryadının  üzvünə  ilk tibbi yardımın göstərilməsi  və digər meyarlar və elementlər üzrə öz bacarıqlarını sınayırlar. Məhz bu  keçirilən bu tədbirlərdən sonra yuxarı sinif şagirdlərinin  Sərhədçi peşəsinə olan sevgisi ildən- artır . 
Bir neçə gündən sonra  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyini qeyd edəcəyik.Bu illər boyu keçdiyi şərəfli yolu nəzər yetirsək bir daha  əmin olurıq ki,sərhədlərimiz etibarlı  şəkildə  qorunur və mühafizə edilir.
Yazımın sonunda Azərbaycanın təhsil işçiləri adından Dövlət  sərhədlərimizin mühafizəsində ləyaqətlə xidmət edən  generallarımızı ,zabitlərimizi və əsgərlərimizi  qarşıdan gələn Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm , sərhədçilərimizə  döyüş və mənəvi-psixoloji hazırlıqlarında  uğurlar arzulayıram.Əziz Sərhədçilər biz Sizlərlə qürur duyuruq!
Ehtiyatda olan polkovnik-leytenant Mürsəl Qurbanov.