Dünya bazarında müştərilərini itirə bilər
08:11 12.04.2018
Arxiv
1214
Ekspertlər hesab edir ki, İranın xarici ticarətdə dollardan imtina etməsi çətin məsələdir
İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi açıqlamasında bildirib ki, cari ildən başlayaraq İran xarici ticarəti yalnız avro ilə aparacaq. Həyata keçirilən bir sıra işlərdən sonra xarici ticarətdə dollardan imtina ediləcək. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək niyyətindədir. İran artıq ABŞ dolları ilə ticarəti davam etdirmək niyyətində deyil.
V.Seyfi İranda valyuta bazarında yaranan qeyri-sabit vəziyyətin təqsirkarının da ABŞ olduğunu bildirib.
Xatırladaq ki, İranın valyuta bazarında dollar və avronun satış qiyməti kəskin şəkildə bahalaşıb.
Maraqlıdır, İran hökumətinin belə addım atması mümkündürmü və mümkün olduğu təqdirdə, bu, İrana nə verəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, İranın atdığı addım əslində siyasi bir qərardır. Ekspertin fikrincə, İranın xarici ticarətdə dollardan imtina etməsi çətin məsələdir:
"Bu qərar İran-Amerika gərginliyinin nəticəsi olaraq İran tərəfindən atılmış növbəti addımın bəyanıdır. İranın xarici ticarətində önəmli yeri neft hasilatı və satışı tutur. İran günə təqribən 4 milyon barelə yaxın neft hasil edir və onun böyük bir hissəsini xarici bazarlara satır. Xarici bazarlarda neftin qiyməti həm London qitələrarası, həm də Nyu-York birjasında ancaq dollarla müəyyənləşdirilir və bütün müqavilələr dollarla bağlanır.
Ola bilər ki, İran neftini avroya satsın, amma İrandan neft alan istənilən şirkətlər, ölkə və hüquqi şəxslər mütləq əllərində olan dolları avroya çevirməyə məcbur olacaqlar. Bu da onlarda əməliyyat itkilərinə səbəb olacaq, o zaman İran məcbur olacaq ki, neftin qiymətində endirimlər etsin, ən azı 3-5 faiz ucuz satsın ki, alıcılar əməliyyat xərclərində itirdiklərinə görə İran neftindən imtina etməsinlər. Bu çox çətin və iş adamları üçün başağrıdan bir prosesdir. Valyuta əməliyyatlarının dəyişməsini, yəni avronun-dollara, dolların-avroya olan məzənnəsinin dəyişkən olmasını nəzərə alsaq əməliyyat xərcləri xeyli artır.
Ona görə də iş adamları, dünya ticarətinin 76 faizi dollar üzərindən alış-verişi həyata keçirir. Ola bilər ki, müvəqqəti olaraq İran tərəfindən müəyyən adımlar atılsın, amma bunun İran iqtisadiyyatına xeyrindən çox ziyanı var. Yəni İran bəzi müştərilərini itirə bilər. Bu qərarın altında siyasi səbəblər durur və siyasi səbəblərə görə belə bəyanatların getdikcə daha da çox olması ehtimalı yüksəkdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya