Dünya getdikcə daha çox qütblərə ayrılır
08:33 07.11.2018
Arxiv
690
Ona görə Trampla Putinin görüşü daha heç nəyi həll etmir
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın Parisdə tam formatlı görüşü baş tutmayacaq. Bu barədə "Kommersant" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron liderlərin görüşünə qarşı çıxıb. Makron Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə bağlı tədbirin Putin-Tramp görüşünün kölgəsində qalmasını istəməyib. Xatırladaq ki, Rusiya və ABŞ prezidentlərinin görüşü noyabrın 11-də Parisdə planlaşdırılırmış. Hazırda Yaxın Şərq böhranı, İrana qarşı sanksiyalar, o cümlədən Cənubi Qafqaz regionundakı proseslər fonunda ən çox diqqət çəkən məsələ Tramp-Putin görüşüdür. Bu baxımdam liderlərin bir araya gəlməsi böyük maraqla gözlənilir. Amma göründüyü kimi, müəyyən bəhanələrlə tərəflərin təmasına maneçilik törədilir.
Bu barədə "Şərq”ə danışan politoloq Əhəd Məmmədli bildirib ki, Tramp-Putin görüşünün baş tutmasının ehtimalı həmişə var. Sadəcə, indi Trampın başı daxili işlərinə qarışıb:
"Çox yaxında Amerikada Konqresə seçkilər keçiriləcək. ABŞ-ın Meksika ilə sərhəddinə Qondurasdan mühacir kalonu yaxınlaşır. Hazırda Tramp üçün bu işlərin həlli Putini görməkdən daha vacibdir. Təbii ki, bu görüş nə vaxtsa baş tutacaq. Çox güman ki, yaxın zamanlarda Trampla Putin bir araya gələcəklər. Lakin düşünmürəm ki, görüşdən sonra hər iki tərəf hansısa məsələdə ciddi razılıq əldə etsin. Ukrayna, Suriya və İranla bağlı məsələlərdə mövqelər fərqlidir. Üstəlik, Polşada Amerika bazasının qurulması söhbəti gedir. Bunun müqabilində ruslar Vaşinqtonu Belarusda hərbi bazanın qurulması ilə hədələyirlər”.
Analitik vurğulayıb ki, Trampın özünə qalsa, Putinlə bir çox məsələdə anlaşardı. Lakin ABŞ-da Rusiyadakı kimi hakimiyyət tək bir şəxsin əlində cəmləşmədiyi üçün Trampla Putinin bir çox məsələlərdə anlaşması mümkünsüz görünür.
Düşünürəm ki, bundan sonra da ABŞ-Rusiya münasibətləri gərginləşməyə doğru gedəcək. Moskvaya qarşı sanksiyalar artacaq. Həmçinin, dünyanın siyasi xəritəsində ABŞ-la Rusiya əvvəlki mövqelərinə sahib deyil. Ona görə də iki ölkənin anlaşması dünya üçün o qədər də vacib sayılmır. Gördüyünüz kimi, Makron Trampla Putinin görüşünü əngəlləməyə nail olur.
Ərdoğan regionda müstəqil siyasət aparır. Angela Merkel Avropada istədiyini edir. Yəni demək istəyirəm ki, dünya get-gedə daha çox qütblərə ayrıldıqca, Trampla Putinin görüşləri dəyərini itirəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa liderləri Putinlə telefon danışığı apardılar
14:55 27.10.2026
Gündəm
Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb
14:44 27.10.2026
Sağlamlıq
Azərbaycanın milli birliyi dövlətimizin ən böyük gücüdür - ŞƏRH
14:41 27.10.2026
Gündəm
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
14:14 27.10.2026
Gündəm
ADSEA: Növbəti illərdə Qarabağ və Baş Muğan kanalları tikiləcək
13:41 27.10.2026
Sosial
Mbappenin zarafatı iki sponsorunu itirməsinə səbəb oldu
13:28 27.10.2026
Futbol
Türkiyə ABŞ və Fransanın Qara dənizə hərbi keçidinə icazə vermədi
12:51 27.10.2026
Dünya
Sabaha olan hava proqnozu açıqlandı
12:41 27.10.2026
Ekologiya
Mirzoyan: Ermənistanın Aİİ-dən çıxarılması üçün hüquqi əsas yoxdur
12:40 27.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
12:32 27.10.2026
Gündəm
Torpaqların alınması ilə bağlı yeni qaydalar müəyyənləşir
12:28 27.10.2026
İnfrastruktur
Rusiya Çubaysın 20 milyardını əlindən alır
11:57 27.10.2026
Dünya
Bakıda yeni park salınır - Foto
11:49 27.10.2026
Sosial
İranlılar çox ağıllıdır, amma onları məğlub etdik - Tramp
10:55 27.10.2026
Dünya