"Düşmənin qarşısını almaq üçün bəyanat yetmir" - Yeganə yol hərbdir
10:28 20.11.2017
Arxiv
642
Elman Məmmədov:" Kəlbəcərdə və digər ərazilərdə qızıl yataqları talanır, istisudan istifadə edirlər, sanatoriyalar tikib, yollar çəkiblər, mədəni və tarixi abidələrimizi dağıdıblar"
"Ermənistan xüsusilə Dağlıq Qarabağ və Laçın, Kəlbəcər rayonları ərazisində özlərinin, xarici dövlətlərin şirkətləri ilə uzun illərdir layihələr həyata keçirir”.
Bunu "Sherg.az”a ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında gördüyü qanunsuz işlərlə bağlı danışarkən millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, bu proses uzun illərdir, torpaqlarımız işğal olunandan bəri davam edir:
"Xəbərlər yayılır ki, Zəngilanda, Laçında, Şuşada və digər ərazilərdə məskunlaşma aparılır. Ancaq layihələr bütün təbii sərvətləri talamaq üçün həyata keçirilir. Kəlbəcərdə və digər ərazilərdə qızıl yataqları talanır, istisudan istifadə edirlər, sanatoriyalar tikib, yollar çəkiblər, mədəni və tarixi abidələrimizi dağıdıblar. Təbii ki, qarşısı alınmasa, bu layihələrin sayı çoxalır, proseslər intensivləşir.
Ermənilərin qarşısını almaq üçün bəyanat, xəbərdarlıq verməklə nə isə əldə etmək mümkün deyil. Bütün bunlara son qoymaq üçün yeganə yol torpaqları işğaldan azad etməkdir. Bunu həyata keçirməyin yeganə yolu isə hərbi yoldur. Ermənilərin təşkil etdiyi qondarma qurum ləğv edilməli, cinayətkarlar cəzasını almalıdır. Dağlıq Qarabağda layihə həyata keçirmək istəyən şirkətlər isə Azərbaycandan icazə almalıdır.
Bu gün ərazilərimiz işğal altında olduğundan işğalçı qurum istədiyini edir. Azərbaycan belə halların qarşısını ala bilmir”.
"Ermənistan ağır iqtisadi şəraitin məngənəsində sıxıldığı bir dönəmdə bu layihələrə necə maliyyə ayırır ?" sualına gəlincə, deputat diqqətə çatdırıb ki, ermənilər işğal altındakı ərazilərə cüzi investisiya yatıra bilir:
"Çünki həqiqətən də Ermənistan iqtisadiyyatı bu gün dağılmış vəziyyətdədir. Böyük investisiyaların əksəriyyəti isə dünya erməniləri tərəfindən qoyulur. Başqa ölkələrdə yaşayan varlı ermənilərin dəstəyi, təbliğatı ilə aldadılmış xarici şirkətlər işğal altındakı ərazilərə cəlb edilir. Ona görə, iri layihələr həyata keçirilə bilir.
Ermənilərlə həmrəy olan iş adamları, fərqli qurumlar var. Elə ötən günlərdə qardaş ölkə Türkiyənin bir neçə vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfər etməsi də bunu göstərdi. O qədər belə ermənipərəst insanlar var ki. Din qardaşımız olan İran İslam Respublikası da bu hadisələr başlayandan ermənilərlə həmrəydir.
İşğal olunmuş ərazilərdə dağıdılmış, viran qoyulmuş ərazilərin tikinti materiallarını onlar daşıyıb, aparmadımı? Bu gün də onlar ermənilərlə iş birliyindədir. Ermənilərin pulu olmasa da, müxtəlif təbliğat vasitələri ilə xarici sərmayəçiləri işğal edilmiş Azərbaycan ərazilərində iri layihələrə cəlb edirlər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə