İsmayıl
Düşmənin yaratdığı miflər dağılır
08:15 17.10.2018
Arxiv
587
Amerikalı səfirin Ermənistan cəmiyyətinin radikallaşdığını qeyd etməsi də çox vacib məqamdır
İsmayıl
"İşğal edilmiş ərazilərin bir hissəsini Azərbaycana qaytarmadan, Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq”. Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills deyib. Səfirin sözlərinə görə, Ermənistan hazırkı vəziyyətdə münaqişədə uzlaşmaya gedən tərəf kimi görünmür: "Demək olar ki, tərəfləri razı salan variantların heç biri Ermənistanda müzakirə edilmir. Bu, məni təəccübləndirir və narahat edir. Ermənistana gələndə münaqişənin dinc yolla həllini istəyən ermənilər indi öz fikirlərini dəyişiblər. Hökumətimin məsələnin dinc yolla həll səylərinə dəstək verilməməsi, sözün açığı, məni çaşdırır”.
Riçard Millsin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Zaur İbrahimli "Şərq”ə açıqlamasında deyib ki, ABŞ-ın Ermənistandakı səfirinin sözləri Azərbaycanın çoxdan bəri mütəmadi şəkildə beynəlxalq ictimaiyyətin diqqətini yönəltməyə çalışdığı məsələnin etirafıdır. Onun sözlərinə görə, bu açıqlamalarda daha çox diqqət çəkən məqam Ermənistanın danışıqlar prosesində produktiv iştirakdan boyun qaçırmağa çalışmasının vurğulanmasıdır:
"Bakı uzun illərdir Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını, imitasiya ilə məşğul olduğunu vurğulayır. Bunun ABŞ səfiri tərəfindən diplomatik formada açıqlanması çox mühümdür. Amerikalı səfirin Ermənistan cəmiyyətinin radikallaşdığını qeyd etməsi də çox vacib məqamdır. Bu, uzun illərdir ki, Ermənistanın yaratmağa çalışdığı miflərin dağıdılmasıdır. Eyni zamanda erməni dövlətinin işğalçı düşüncəsinin və yanaşmasının etirafıdır. Ərazilərin bir hissəsinin azad olunması ilə bağlı deyilənlər isə mərhələli həll planının elementlərindən biridir. Bununla bağlı müxtəlif yanaşmalar var. Əvvəlcə müəyyən sayda rayonun azad olunması, daha sonra yerdə qalanların müəyyən ardıcıllıqla boşaldılmasıdır. Bu intervalda razılaşmalar əldə edilməsi planlaşdırılır”.
Ekspert bildirib ki, bu məsələlər müxtəlif formada ekspertlər və hökumətlər səviyyəsində, vasitəçilərin iştirakı ilə müzakirə edilib:
"Amma hələlik, konkret imzalanmış sənəd ortada yoxdur və təkliflər masada qalıb. Bununla belə ABŞ səfirinin "işğal olunmuş ərazilər” ifadəsinin özü çox mətləblərdən xəbər verir. Ermənistanın ölkəmizin ərazilərinin işğalı faktının rəsmən etiraf edilməsinin daha geniş miqyasda əks olunmasına çalışmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya