Əcnəbilərə övladlığa verilən azərbaycanlı uşaqların TALEYİ...
11:44 13.12.2016
Arxiv
944
İradə Cavadova : "Həmin uşaqların orqan satışı ilə məşğul olan qurumların qurbanına çevrilməməsi üçün nəzarət mexanizmi təşkil edilməlidir "
Əcnəbilərə övladlığa verilən azərbaycanlı uşaqların sonrakı taleyinə ciddi nəzarət olunmalıdır.
Bunu Sherg.az-a əcnəbilərə övladlığa verilən azərbaycanlı uşaqların gələcək taleyindən danışarkən hüquq müdafiəçisi İradə Cavadova deyib.
O, bildirib ki, 3 yaşına qədər uşaqlarla Səhiyyə Nazirliyi, daha böyük yaşda olan uşaqlarla Təhsil Nazirliyi məşğul olur. Ümumi məsələlər isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə daxil edilir:
"Yekun uçotun, nəzarətin və yoxlamanın təmin edilməsinin bir quruma həvalə olunması daha yaxşı olardı. Əcnəbilərə övladlıq uşaq verilməsi ilə bağlı Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli fərmanına uyğun tərtib edilən qərarı qüvvədədir. Ölkələrarası övladlığa götürülməyə dair dövlət orqanlarına müraciət edilərsə, həmin şəxslər üçün hüquqi yardım göstərilməsi, orqanlar arasındakı münasibətlərin tənzimlənməsinə dövlət nəzarəti bu sənədlərə uyğun həyata keçirilir. Burada hüquqi cəhətdən akkreditasiya (səlahiyyətli orqan vasitəsi ilə konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınması proseduru) nəzərdə tutulub. Bu akkreditasiyadan keçənlər orqanlar real nəzarəti həyata keçirirlər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin həmin əcnəbilərlə "Skype” sosial şəbəkəsi vasitəsi ilə əlaqələr yaratdığını diqqətə çatdıran İ. Cavadova bu nəzarətin daha zəif olduğunu düşünür:
"Nəzərə alsaq ki, Azərbaycan vətəndaşı olan şəxslər övladlığa uşaq götürmək üçün bəzən illərlə növbəyə dururlar, onda bu mərhələdə əcnəbilərlə də ciddi nəzarət edilməlidir. Bu gün vətəndaşlarımız üçün maneələr törədilsə də, əcnəbilər üçün güzəştlər edilir. Övladlığa verilən uşaqların mafiya qruplaşmaları, cinayətkarlar, orqan satışı ilə məşğul olan qurumlar və ya uşaq əməyinin istismarı ilə əlaqədar şəxslər tərəfindən ələ keçirilməməsi üçün həmin proses daha yüksək səviyyədə təşkil edilməlidir. Yalnız görüntülü danışıq vasitəsi ilə bu uşaqların hansı şəraitdə yaşaması barədə dəqiq fikir söyləmək mümkün olmur. Onların sağlamlığına nəzarət, təlim-tərbiyə prosesinin düzgün təşkilinin yoxlanması, təhsilin normal qaydada verilməsi ilə bağlı mütəmadi hesabatlar və görüşlər müvafiq qurumlar tərəfindən reallaşdırılmalıdır. Uşaqlara elə nəzarət mexanizmi olmalıdır ki, ən azı ildə bir dəfə qurum rəsmiləri ölkəyə gedə bilməsə belə valideyn onu Azərbaycana gətirsin. Uşaqla psixoloqun iştirakı ilə də təklikdə söhbət aparılmalıdır. Yalnız bu nəzarətin gücləndirilməsi ilə proses şəffaf şəkildə təşkil edilə bilər”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov bu il Azərbaycanda əcnəbilər tərəfindən beş uşağın övladlığa götürüldüyünü bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region