Edama bir gün qalmış qurtuldu
Yusif Nəzərli
22:26 16.05.2022
Arxiv
672
Məhkəmə günahsız ananın hüquqlarını qorumaq haqqını tanıyıb
Meksika əsilli ABŞ vətəndaşı Melissa Lucionun həyatı 2 yaşlı qızı Mariahın pilləkənlərdən yıxılıb ölməsiylə alt-üst olub. Melissanın edamına 24 saat qaldığı bir vaxtda ortaya çıxan həqiqət isə dünyanı ayağa qaldırır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, 2 yaşlı Mariah pilləkənlərdən yıxıldıqdan 2 gün sonra huşunu itirib. Ana təcili yardım çağırıb.
Lakin körpə az sonra vəfat edib. Əkiz övladlarına hamilə olan Melissa körpəsinin itkisini hələ tam anlamağa macal tapmamış polis qapıya gəlib və tibbi ekspertin rəyini gözləmədən körpənin ölümündə ananı günahlandıraraq nəzarət altına alıb. Melissa polis şöbəsində 4 dedektiv tərəfindən 6 saat dindirilib. Dedektivlər körpənin ölümünə məhz ananın bais olduğunu Melissanmın boynuna qoymağa cəhd ediblər. Onu körpəyə şiddət tətbiq etməkdə günahlandırıblar. Deyiblər ki, bunları isbatlayacaq dəlillərə malikdirlər. Bu da azmış kimi Melissaya “günahını etiraf et, cəzan yüngül olsun”, “tövsiyəsi” də veriblər. Sonra da uşağın yaralı halda çəkilmiş şəklini göstərərək “övladınızın cənazəsində iştirak etməyəcəyinizə şübhəmiz yoxdur” deyiblər. Melissa bəlkə 100 dəfə “mən qızıma zərər verməmişəm” söyləsə də, dedektivlərin mənəvi basqısı sonunda gözlədikləri nəticəni verib. Melissa “bu, mənim günahım ola bilər. Hesab edirəm ki, körpəmi mən öldürmüşəm”, söyləyib. Ancaq “hesab edirəm ki”, kəlməsi Melissanın həyatını alt-üst edib. Məhkəmə ananı körpənin ölümündə günahkar sayıb və Melissaya edam cəzası kəsilib. Amma Melissanın digər övladları 2 yaşlı bacılarının pilləkənlərdən yıxıldığını, analarınınsa bu zaman otaqda onların məktəb çantasını hazırladığını söyləyib. Övladları anaların günahsız olduğunu deyib.
Amma yenə də məhkəmə öz qərarını dəyişməyib. Melissanı edamdan xilas edən ədliyyə həkimi Norma Farley olub. Ədliyyə həkimi vəfat etmiş körpə Mariahın hərəkət məhdudiyyətli olduğunu və bu səbəbdən tez-tez yıxıldığını sübut edib, ortaya tibbi dəlillər qoyub. Lakin məhkəmə yenə də bu dəlilləri inandırıcı saymayıb. Melissa tam 15 il edamını gözləyib. Bu məhkəmə prosesi və Melissanın günahsızlığı hətta realiti-şoular mövzusuna çevrilib. Melissanın edamına bir neçə gün qalmış vəkillər apelyasiya şikayəti verib. İşə baxan Texas Apelyasiya Məhkəməsi Melissanın edamını başqa vaxta keçirib. Və ananın hüquqlarını qorumaq haqqını tanıyıb. Melissa məhkəmə qərarı barədə “həyatda qalmağıma və məsum olduğumu isbatlamaq üçün mənə möhlət verən məhkəməyə təşəkkür edirəm. Qızım Mariah daim qəlbimdədir. Övladlarıma analıq, nəvələrimə nənəlik etmək üçün bundan sonra çox zamanım olacaq. Mənim üçün dua edən və dəstəkləyən bütün insanlara təşəkkür edirəm”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Delsi Rodrigezə qarşı sanksiyaları ləğv edib
01:55 02.04.2026
Dünya
Tramp İrana qarşı əməliyyatın bitdiyini elan edə bilər
01:31 02.04.2026
Gündəm
Cövdət Yılmaz Azərbaycana gəlib
01:04 02.04.2026
Siyasət
Tramp Avropanı Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyir
00:37 02.04.2026
Dünya
Aprel döyüşlərindən 10 il ötür
00:12 02.04.2026
Hərbi
ABŞ və İsrail İranın Kaşan hava limanını vurdu
23:46 01.04.2026
Region
KİV: Zelenski ABŞ rəsmiləri ilə danışıqlar aparıb
22:58 01.04.2026
Dünya
Tramp şahzadə ilə İranla atəşkəsi müzakirə etdi
22:36 01.04.2026
Gündəm
ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata keçirib
22:15 01.04.2026
Dünya
Dələduzluq edən 7 nəfər saxlanıldı
21:33 01.04.2026
Hadisə
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
21:05 01.04.2026
Dünya
İran İsraildəki ABŞ təyyarələrinə zərbələr endirib
20:50 01.04.2026
Dünya
Tramp İranla bağlı xalqa müraciət edəcək
20:34 01.04.2026
Dünya
İranın Ali lideri: Müqavimətə dəstək davam edəcək
20:17 01.04.2026
Gündəm
Tramp: NATO-dan iyrənirəm
20:00 01.04.2026
Dünya
SEPAH: Hörmüz boğazı açılmayacaq
19:37 01.04.2026
Region