
Əflatun Amaşov Gürcüstanda böyük işlər görə bilər
21:15 26.02.2016
Arxiv
1755
Kərəm Məmmədov və Eyvaz Borçalı deputata uğurlar arzuladı

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib.
Məlumata görə, bu məsələ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəddə əksini tapıb. Sənədə əsasən Ə.Amaşov həmin vəzifədə deputat həmkarı Qənirə Paşayevanı əvəz edəcək.
Qeyd edək ki, layihə martın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Borçalıdan olan tarixçi-alim Kərəm Məmmədov "Şərq”ə açıqlamasında təklifi müsbət dəyərləndirib: "Qırmızı körpü” Azərbaycanla Gürcüstanı ayıra da bilər, birləşdirə də bilər. Gərək ki, hazırkı beynəlxalq durum nəzərə alınaraq bu ölkələri birləşdirən cəhətlərə üstünlük verilsin. Amma Borçalının və Car, Balakən, Şəki bölgələrinin tarixini gözəl bilmək lazımdır ki, birləşdirici istiqamətləri üzə çıxarmaq mümkün olsun. Tarix təkamüldür deyirlər. Tarix elmi ağıllılar üçün ibrət dərsidir. Axmaqlar üçün isə faciədir. Ən azından onu nəzərə almaq lazımdır ki, Gürcüstan dövlətçiliyinin yaranmasında, inkişafında və bugünkü varlığında orada yaşayan Azərbaycan türklərinin çox böyük rolu olub. Gürcü həmkarlarım tarixi vərəqləyib XI-XIII və XX əsrlərin əvvəllərində oradakı soydaşlarımızın Borçalı uğrunda gedən erməni-gürcü müharibəsindəki xidmətlərini yada salsalar, o zaman Azərbaycanla dostluğa üstünlük verərlər. Əflatun müəllimə böyük etimad göstərilir. Uğurlar arzu edirik”.
"Borçalı” Cəmiyyətinin sabiq sədri Eyvaz Borçalı da qeyd edib ki, Ə.Amaşov üçün çox böyük imkanlar var və o, çox yaxşı işlər görə bilər: "Gürcüstanda yaşayan soydaşlarımız təhsil, təhlükəsizlik və digər problemlərini həll edə bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə