Əfqanıstanda Amerika hərbçilərinə silahlı hücum




Əfqanıstanda olan bir qrup ABŞ əsgərləri əfqan hərbçinin hücumu ilə üzləşib. Lent.az-ın Haberturk.com-a istinadən verdiyi məlumata görə, bu hücum zamanı ABŞ-ın 4 əsgərinin dünyasını dəyişdiyi bildirilir. Lakin ABŞ tərəfi məlumatı təkzib edərək, ölən olmadığını, 3 əsgərin yaralandığını bildirib.
Qeyd edək ki, bu, ƏIfqanıstanda ABŞ əsgərlərinə qarşı törədilmiş ilk terror hadisəsi deyil.