Əfv Komissiyasının sonuncu iclası keçirildi


Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

“Report”un məlumatına görə, bununla da Komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb.

Bu müddətdə ümumilikdə 1000-dən çox müraciətə baxılıb.

Komissiya sənədləri ümumiləşdirərək Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.