Egedə qorxu dolu dəqiqələr: İki yük gəmisi toqquşdu





EGE dənizində, Midilli adası yaxınlığında  iki böyük yük gəmisinin toqquşduğu, sahil təhlükəsizlik qruplarının hərəkətə keçdiyi, ölən və  yaralanan  olmadığı öyrənildi.
Yunanıstandakı xəbər saytlarının məlumatına görə, dünən səhər saatlarında, Midilli adasının qərbində  xarici bayraqlar altında üzən  iki yük gəmisi toqquşdu. Sahil təhlükəsizlik və xilasetmə qüvvələrinin səfərbər olunduğu bildirilir. Qəzada ilk alınan məlumatlara görə ölən və ya yaralanan kimsənin olmadığı, gəmilərə ciddi zərər dəydiyi iaçıqlandı.Gəmilərin batma təhlükəsi olmadığı ifadə olundu.