İnsanlar maaşlarının 70 faizindən artığını ərzağa xərcləyir
Əhali çətinlik çəkir
19:42 15.06.2017
Arxiv
787
Ərzaq inflyasiyası daha çox olub
İnsanlar maaşlarının 70 faizindən artığını ərzağa xərcləyir
İnsanlar maaşlarının 70 faizindən artığını ərzağa xərcləyir
Bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1faiz bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,3 faiz ucuzlaşıb.
Ay ərzində düyü, kərə yağı, pendir, meyvə şirəsi, spirtli içkilər, qəhvə, çay və kakao, soğan, kartof, yerkökü, balqabağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, manna və qarabaşaq yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, süd, yumurta, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, tütün məmulatları, pomidor, xiyar, göyərti, kələm, badımcanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bir müddətdir ki, dolların sabitləşməsi və rəsmi məzənnənin 1.70-1.72 arasında dövr etməsinə baxmayaraq ərzaq məhsullarının qiymətində hansısa ucuzlaşma müşahidə olunmur.
Qiymətlərin baha olması səbəblərini izah edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əhali və bir sıra kommersiya qurumları stabil məzənnənin uzun zaman oturuşmuş qaydada olmasına hələ ki inanmır. Çünki kifayət qədər problemlər və dünyada gedən proseslər var.
İqtisadçının sözlərinə görə, neftin ucuzlaşması belə bir gözlənti formalaşdırıb ki, Azərbaycanda uzun zaman sabit məzənnənin qalması mümkün olmayacaq:
"Bir müddət sonra məzənnədə yenidən oynamaların və dəyişikliklərin olması ehtimalı yüksəkdir. Qiymətlərin baha olmasının səbəblərindən biri budur ki, sözügedən sahədə məşğul olan insanların özlərinin xərci artıb. Yerli məhsul istehsalçısının belə dollarla birbaşa əlaqəsi yoxdursa, onun xərcləri çoxalıb. Keçən illərə nisbətən bu il həm kommunal xərclərdə, həm də Azərbaycanda istehsal olunmayan və ölkəyə gətirilən məhsulların qiymətində bahalaşma var”.
N.Cəfərli bahalaşmanın digər səbəblərindən biri kimi qeyd edib ki, valyuta baha - dekabr ayında 1.92 olduğu dövrdə belə ölkəyə gətirilən məhsulların qiymətinin formalaşdırılması və bazara çıxarılması müəyyən zaman alır. Ola bilər ki, bu gün piştaxtalarda olan məhsulların bir qismi elə yanvar ayında, yəni dolların ən baha vaxtında ölkəyə gətirilib və manat ekvivalentində daha baha başa gəlib:
"Bütün bu faktorları cəmləyərkən ölkədə qiymət artımının sürətinin və ucuzlaşmanın qarşısında duran əsas maneələrin nədən ibarət olduğu aydın olur. Daha bir məsələ mövsümi xarakterlə bağlıdır. Çox güman ki, yay mövsümündə qiymətlərdə müəyyən ucuzlaşma olacaq. Amma bu, fundamental inflyasiyaya təsir göstərəcək bir amil deyil, çünki hər il bu təkrarlanır. Yerli məhsullar çıxdıqca və bazarda bol olduqca müəyyən məhsul növləri üzrə qiymətlərdə ucuzlaşma olur, çox güman ki, bu il ən azından meyvələrdə, tərəvəzlərdə və digər kənd təsərrüfatı məhsullarında qiymətlər azalacaq. Əsas narahatedici faktor ondan ibarətdir ki, ölkədə rəsmi inflyasiya səviyyəsi təqribən 13 faiz civarındadır, amma ərzaq inflyasiyası artıq 19 faizə yaxınlaşıb.
Bu, təhlükəli həddir. Çünki Azərbaycanda əhalinin böyük əksəriyyəti əsasən də aztəminatlı əhali təqaüdlərinin, maaşlarının bəzi hallarda 70 faizdən yuxarısını məhz ərzağa xərcləyir. Ərzağın qiymətinin artması və ərzaq inflyasiyasının yüksək olması onlara daha ciddi təsir göstərir, yəni gəlirlərin artım tempi çox aşağıdır. Ölkədə nominal olaraq əhalinin gəlirlərində 6 faizə yaxın artım var. Bu da maaş və təqaüdlərin indeksləşməsi ilə əlaqədardır. Lakin ərzaq inflyasiyası bu artımdan 3 dəfə artıqdır. Maaşlar və təqaüdlərdə ümumi ortalama olaraq 6 faiz artım var, ərzağın qiyməti isə 18 faiz bahalaşıb, yəni bu, qiymətlərdəki tarazlığı qarşılamır. Əksinə, reallıqda gəlirlərin azalmasını görürük. Ərzaq inflyasiyası ümumi inflyasiya rəqəmindən daha yüksək olması əhalinin dolanmasına və gündəlik tələbat mallarının alınmasındakı çətinliklərə daha ciddi təsir göstərir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya
Tramp növbəti dəfə NATO-nu ittiham edib
18:57 14.04.2026
Dünya