"Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkə siyasətinin ana xəttini təşkil edir"





Uzun illərdən bəri qaçqın və məcburi köçkünlərimizin, şəhid ailələrinin və əhalinin sosial qayğıya ehtiyacı olan digər təbəqəsinin dövlət tərəfindən diqqətdə saxlanıldığının şahidiyik. Ümumiyyətlə, ölkə başçısının sosial siyasətinin özəyini şəhid, qazi və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir.

Belə ki, bu il 5800 məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması, prezidentin şəhid ailələrinə birdəfəlik 11 manat yardımın verilməsi haqqında sərəncamı, eyni zamanda Yeni il münasibətilə aztəminatlı ailələrə 100 manat vəsaitin verilməsi dövlətin qayğıya ehtiyacı olan vətəndaşlara həssaslığını ifadə edir.

Ölkə başçısının sosial qayğıya ehtiyacı olan əhaliyə göstərdiyi diqqəti yüksək dəyərləndirdiyini deyən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı Fikrət Yusifov "Sherg.az”a bildirib ki, şəhid ailələrinə birdəfəlik yardımların ayrılması, köçkünlərimizin mənzillə təmin olunması Prezidentin apardığı siyasətin ana xəttini təşkil edir: 

"Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, bununla bağlı həyata keçirilən layihələr dövlətin vətəndaşlara diqqətinin nümunəsidir. Məhz aztəminatlı ailələrə göstərilən yardımlar, köçkünlərimizin mənzillə təmin olunması əsas məsələlərdən biri kimi nəzərə alınır. Prezidentin şəhid ailələrinə 11 manat yardımın verilməsi ilə bağlı qərarı bir daha onu göstərdi ki, ölkə başçısının siyasətinin əsası sosial qayğıya ehtiyacı olan ailələrlə bağlıdır. 

Prezident sosial siyasətin həm müəllifi, həm də rəhbəridi. O səmərəli işlərin görlüməsi üçün əlindən gələnləri edir. Ona görə, görülən bütün işləri tədqirəlayiq hesab edirəm. Düşünürəm ki, bu sahədə işlər nümunəvi şəkildədir. İqtisadiyyatımızın növbəti illərdə sürətlə inkişafı köçkünlərimizə, şəhid və aztəminatlı ailələrlə diqqətin daha da artmasına, problemlərinin həll olunması istiqamətində geniş işlərin görülməsinə imkan yaradacaq”.

Yeganə Bayramova