Əhalinin tibbi sığorta haqqı necə hesablanacaq ? – Həkimdən ətraflı izah
08:49 03.05.2019
Arxiv
782
Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi yenidən gündəmə gəlib. Dünyanın qlobal ölkələrində yer alan bu layihənin Azərbaycanda tətbiqi əsas amilərdəndir. Hətta ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında icbari tibbi sığorta məsələsinə toxunub. Prezident bildirib ki, qarşıya qoyulan başlıca hədəflərdən biri vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir:
"Azərbaycan əhalisinin bütün təbəqələri həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər. Səhiyyə xidmətlərinin icbari tibbi sığorta ilə inkişaf etdirilməsi dünyada sınaqdan keçirilən uğurlu bir nümunə kimi təbliğ olunmalıdır”.
Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqinə dair məsələnin gündəmə gəlməsi bu sistemə keçid zamanı ödənilən məbləğin hansı formada hesablanacağına dair müzakirələri aktuallaşdırıb.
Məlum sistemlə bağlı qaranlıq məqamları "Sherg.az”a izah edən Şahvələd Məmmədov söyləyib ki, icbari tibbi sığortaya keçid indi hazırlıq mərhələsindədir:
Bir neçə bölgədə pilot layihə olaraq icbari tibbi sığorta tətbiq edilib. Məsələn, Yevlaxda, Mingəçevirdə çalışan terapevt paytaxtda çalışandan çox əmək haqqı alır. Tibbi sığortanın bir üstünlüyü də budur ki, həkimin əmək haqqı qəbul etdiyi xəstələrin sayına görə təyin edilir. Amma tibbi sığortanın bütün ölkə boyu tətbiqi, asan iş deyil. Burada yaş qrupları müəyyənləşməlidir, xəstəliklər kateqoriyalara bölünməlidir. İşləyən və işləməyən əhali qruplarının statistikası aparılmalıdır.
Uşaqlar var, yaşlı pasiyentlər, təqaüdçülər. Hər bir kateqoriyaya uyğun da güzəştlər olacaq. Xroniki xəstəliklər, vərəm, onkoloji xəstəliklər, hamısı qruplara ayrılacaq. Bölgələrdən məlumatlar toplanmalı, bütün işlər mərkəzləşdirilmiş qaydada aparılmalıdır. Ona görə də bu, bir az uzun çəkən proses oldu. Amma hazırlıq mərhələsi 2020-ci ilədək başa çatmalıdır. Gözlənilir ki, 2020-ci il 1 yanvardan etibarən artıq bütün ölkə üzrə icbari tibbi sığorta tətbiq ediləcək”.
"Əhalinin tibbi sığorta haqqı necə hesablanacaq, sığorta bazası nə qədər olmalıdır ki, vətəndaş həkimə ürəklə müraciət etsin?” sualına gəlincə, müsahibimiz diqqətə çatdırdı ki, tibbi sığorta məbləği ödənilən sosial sığorta haqlarından hesablanacaq:
"Burada vətəndaşın iş yeri, aldığı əmək haqqı və sosial sığorta üçün tutulan faiz böyük önəm daşıyır. Əlbəttə ki, işləyən və işləməyən əhali mütləq nəzərə alınmalıdır. Uşaqlar, yaşlı insanlar, xüsusi imtiyazlı vətəndaşlar, işsizlərin tibbi sığorta xərcləri dövlət büdcəsindən ödəniləcək. Əsas məsələ, Prezidentin də vurğuladığı kimi, tibbi xidmətlərin hər kəs üçün əlçatanlığını təmin etməkdir.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm