Əkrəm İmamoğlundan son açıqlama: Mən yalnız könüllərin oğrusuyam





CHP İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə seçilmiş Əkrəm İmamoğlu açıqlama verib.
Sherg.az İmamoğlunun fikirlərindən bəzilərini təqdim edir:

"Sürətlə normala hala qayıtmaq lazımdır. Səs  aldığımız seçici bizim tək səhifəmiz olmayacaq. Bizim hər kəsi xoşbəxt etmək kimi bir anlayışımız var. Mənim bir xasiyyətim var, bir vətəndaşın gözündən düşsəm bədbəxt oluram. İncik sözlər, suçlamalar, bir sıra şəxsi xüsuslar yaşanmış ola bilər. Nə üçün olduğunu da bilirik. Heç bir şəxs haqqında fərdi şərhimiz olmadı.
Mütləq insanların bir-birlərini səs üçün razı salması lazım deyil. Danışması lazımdır. Hər kəs öz fikiriylə var olsun. Bir şəhəri barışla, uzlaşma ilə, inanılmaz bir xoşbəxt şəhərə çevrilməsini təmin etmək mümkündür. Bunun necə olduğunu şəxsən yaşamış biriyəm.

Əskik işləriniz ola bilər, səhv də edə bilərsiniz.  Şəffaf olmaq həqiqətən bir şəhərin problemlərini həll edir. Rəqibimə səs vermiş hər seçicinin yeri mənim başımın üstüdür. Artıq o sandığa atılmış hər səs bizimdir. Əsla kimsənin mənə səs verdiyinə baxmadan, doya - doya insanlara xidmət edəcəm. Bəzi sözlər deyilir, kədərlənirəm... Xüsusilə bir fikirimi diqqətinizə çatdırıram; mən yalnız könüllərin oğrusuyam, başqa bir şey gözləməyin məndən.

Mən AKP-li həmyerlilərimə, dostlarıma, mənə də səs vermiş AKP-li qardaşlarım buna  inansınlar ki, ikinci, üçüncü sinif bir xidmət görəcəklərini düşünməsinlər. Bəziləri əlbəttə "səs verənlərə xidmət edəcəyik" deyə bilərlər, biz bu anlayışı əsla qəbul etmirik.
Müddət uzanır, haqqdan hüquqdan yanayıq. Əlbəttə MSK-nın tətbiq maddələrindən yanayıq. Müddətin uzanmaması üçün MSK-nın fədakarlıqla çalışdığını da bilirik.

Seçki təşkilatlarında işləyən vətəndaşlarımız və yoldaşlarımızla mübarizə aparırıq. Hər şey gözümüz qarşısında gedir. Mən bu şəhərə çox yaxşı xidmətlər göstərə biləcəyimə inanıram.
Etirazlar qiymətləndirilir. Günün sonunda nəticəni dəyişdirəcək bir dəyər yoxdur. Bəzən 10 səs  bizə çıxır, 7 səs rəqibimizə çıxır. Ya da tam tərsi. Amma günün sonunda bu rəqəmdə ciddi bir dəyişiklik söz mövzusu deyil. Seçkinin yenilənməsi kimi bir məsələ söz mövzusu deyil. Elə bir gündəm zehinimin küncündə də yoxdur.

Turan