Eks-deputatın oğlu: “Atam öləndən sonra Adnan Oktar anamı…”
09:21 29.07.2018
Arxiv
682
İyulun 11-də Türkiyədə bir sıra cinayətlərdə ittiham edilərək həbs olunan Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb. "Qafqazinfo”nun "Hurriyet”ə istinadən verdiyi məlumata görə, keçmiş millət vəkili Tevfik Ertüzün oğlu atası 1998-ci ildə dünyasını dəyişəndən sonra anasının yalançı din xadiminin adamları olan dayısı və xalalarının təkidi ilə təşkilata qoşulduğunu açıqlayıb.
"Fırıldaqçı təşkilat öncə atamdan anama qalan daşınmaz əmlaklardan istifadə etməyə başladı. Beykozdakı villa və Bağdad Caddəsindəki evimiz təşkilatın evi olaraq istifadə edildi. Kadıköydəki evimizə 1999-cu ildə cinayət şöbəsi tərəfindən basqın təşkil edildi. Evdə olan təşkilatın adamları saxlanıldı və təşkilata məxsus pullar götürüldü. Daha sonra Adnan Oktar anama 2 lüks avtomobil aldırtdı. Bunlardan biri qruplaşmaya verildi.
Adnan Oktar 2000-ci ildə həbsxanadan çıxandan sonra atamdan qalan daşınmaz əmlakların satışı prosesi daha da sürətləndirildi.
Mənə və bacıma miras qalan yüklü miqdarda valyuta, təxminən 1 milyon TL dəyərində hissə sənədi, atamın avtomobili və Bakırköydəki bina bizim 18 yaşımız olmadan Oktarın əmriylə anam tərəfindən satılaraq əldə edilən gəlir təşkilata verildi. Eləcə də dövlət tərəfindən atamın millət vəkilliyinə görə bizə ayrılan yetim və dul maaşı bilavasitə qruplaşmaya həvalə edildi.
O mənə "Atanda nə mal-mülk varmış. Ye-ye bitmədi” demişdi.
Adnan Oktarın Kandillidəki villasına aparılaraq orada xidmətçi işlərini görməyə məcbur edildim. Tez-tez hücuma və psixoloji işgəncəyə məruz qalırdım. Bir çox ərzaqları yeməyimiz Adnan Oktar tərəfindən qadağa edildiyindən düzgün qidalanmadığıma görə səhhətimdə ciddi problemlər yarandı. İstanbul Universitetinə daxil oldum, təhsil almağıma mane oldu. O, həmçinin əsgərliyə getməyimin də qarşısını aldı”, - deyə keçmiş deputatın oğlu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm