Eks-prezidentlərin ailələrinə bir ildə 284 min manat xərclənib - RƏSMİ
09:41 24.05.2017
Arxiv
417
2016-cı ildə "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminat xərcləri” üzrə təsdiq edilmiş 287,5 min manat təyinata qarşı icra 284 min manat və ya 99,8 % təşkil edib. Qeyd edək ki, hesabat ilində icra məbləği 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 65,5% çox, 2015-ci ilə nəzərən isə 1 faiz azdır.
Sherg.az-ın Modern.az-a istinadən xəbərinə görə, bu haqda " 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.
"Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitutsiya Qanununa əsasən, Azərbaycanın keçmiş Prezidentinə fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 50%-i məbləğində aylıq pensiya, vəfat etmiş Prezidentin ailə üzvünə isə həmin aylıq pensiya məbləğindən 50%-i məbləğində müavinət ödənilir.
Bundan əlavə, keçmiş Prezidentə nəqliyyat vasitəsi, sürücü, təhlükəsizlik heyəti təminatları və fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 20%-i məbləğində təmsilçilik xərcləri də nəzərdə tutulub.
Hesabat ilində vəfat etmiş keçmiş Prezidentin ailə üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Digər müavinət və transfertlər” xərc maddəsindən ümumilikdə 45 min manat müavinət, keçmiş Prezidentə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi tərəfindən "Digər təqaüdlər” xərc maddəsindən ümumilikdə 90 min manat pensiya ödənilib.
Digər təminatlarla bağlı Maliyyə Nazirliyi tərəfindən "Sair xərclər” maddəsindən ümumilikdə 147,9 min manat, "Bank xərclər” maddəsindən isə 1,1 min manat təsait xərclənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya