
Ekspert: “Dəmir yolları qiyməti azaltmalı və güzəştlər etməlidir”
16:48 05.04.2019
Arxiv
801
Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının qiymət cədvəlində dəyişiklik edilib. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, aprelin 8-dən etibarən qiymətlər 50 manatdan 25 manata endirilir. Standart və Birinci klass yerlərin gediş haqqı isə dəyişilmədən saxlanılır.
Qiymətlərin endirilmə səbəbləri ilə bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Məmmədov bildirib ki, Novruz bayramı ərəfəsində qiymətlər azalsa da, aparılan monitorinqlər sərnişin qatarının insanlara heç də cəlbedici görünmədiyini göstərir:

"Çünki adekvat olaraq alternativ maşrutlarda qiymət daha ucuza başa gəlir. Əgər tələbələr, pensiyaçılar və digər şəxslər üçün güzəştlər olsaydı, sərnişinlərin sayı da çoxalardı.
Məlumatıma görə, heç bir güzəşt yoxdur. Ona görə də, bu marşrut sərnişinlər üçün cəlbedici görünmür. Hesab edirəm ki, dəmir yolları qiyməti azaltmaqda davam etməli, optimallaşdırmalıdır. Əgər qiyməti 10 manat azaltsaydılar, bu, o qədər də diqqəti cəlb etməzdi.
Yəni, ortaq məxrəcə gəlmək lazımdır ki, vətəndaşlar qiymətin bahalığından çəkinməsinlər. Məsələn, bir ailənin gedib-gəlməsi onlara baha başa gəlməli deyil.
O cümlədən uşaqlara, məktəblilərə, tələbələrə, pensiyaçılara, hərbiçilərə və digər qrup şəxslərə güzəştlər tətbiq olunmasının tərəfdarıyam. Güzəştlər tətbiq edilərsə, ola bilər ki, bu qatara tələbat artsın və sərnişinlər çoxalsın”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə